Niderlandlı futbolçunun qeyri adi statistikası
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Matteys de Lixt qeyri-adi seriyası ilə diqqət çəkir.
"Unikal" xəbər verir ki, niderlandlı müdafiəçi peşəkar karyerası ərzində heç vaxt bir baş məşqçinin rəhbərliyi altında ardıcıl 2 mövsüm keçirməyib.
26 yaşlı oyunçu indiyədək çıxış etdiyi bütün klublarda bu halla üzləşib. O, “Ayaks”da Peter Boş, Marsel Keyzer və Erik ten Xaq, “Yuventus”da Mauritsio Sarri, Andrea Pirlo və Massimiliano Alleqri, “Bavariya”da Yulian Naqelsman və Tomas Tuxellə işləyib.
Futbolçu “Mançester Yunayted”də isə artıq Erik ten Haq və Ruben Amorimin başçılığı altında çıxış edib. Portuqaliyalı mütəxəssisin istefaya göndərilməsi onun qeyri-adi seriyasının uzanmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















