Niderlandlı gözəlçə ölkəni bir birinə vurdu FOTO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Olimpiya Oyunları start götürən kimi Niderland millisində qalmaqal yaşanıb. Səbəb məşhur konki sürəni, niderlandlı gözəlçə Yutta Lerdamın komandadan ayrı şəkildə, şəxsi təyyarə ilə Oyunlara yollanması olub.
İdman.Biz xəbər verir ki, idmançının lüks uçuş anlarını sosial şəbəkələrdə paylaşması azarkeşlərin səbr kasasını daşırıb.
Niderland ictimaiyyəti Lerdamın davranışını təkəbbürlü və yersiz nümayiş kimi qiymətləndirib.
Qalmaqalı daha da alovlandıran məqam isə onun qalmaqallı bloqer və boksçu Ceyk Polun sevgilisi olmasıdır.


Məlumat üçün əlavə edək ki, Yutta Lerdam Niderlandın ən tanınmış sürət konkisürənlərindən biridir və dünya çempionatlarında dəfələrlə medal qazanıb. O, idmandakı uğurları ilə yanaşı, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan ən populyar qadın idmançılardan sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 07 Fevral 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















