Nigar Fərhad Azərbaycandan qaçıb? VİDEO
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.
Gununsesi.info Xəzər Televiziyasına istinadən xəbər verir ki, şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib.
O bildirib ki, üç övladının Kanadada təhsil alması üçün mart ayında Nigar Fərhadla müqavilə bağlayıb.
“17 min manat ödəyib müqavilə bağlamışdım. İndi isə nə özü, nə də əməkdaşları cavab verirlər. Əlimdə sənədlərimlə qalmışam”.
Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir.
Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.
“Dedik ki, pulu yarı-yarı verək. Dedilər alınmır, hamsını verməlisiniz. Pulu verdik, indi də yoxdular”, – deyə o əlavə edib.
Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır.
İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür.
Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Baxış sayı:88
Bu xəbər 21 İyul 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















