Nigar Köçərli ilə Liv Bona Dea çəkişməsi GƏRGİNLƏŞİR
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
""Liv Bona Dea" ilə növbəti məhkəmə iclası bu gün baş tutdu. Təkidlə məhkəmədən hadisələrin baş verdiyi yerlərdə olan videogörüntünün təqdim edilməsini tələb etdik. Məhkəmə keçən iclasda vəsatətimizi təmin etməsinə və "Liv Bona Dea" tərəfindən videogörüntülərin təqdim edilməsi barədə qərar çıxarmasına baxmayaraq, "Bona Dea" rəhbərliyi videogörüntünü gah silindiyini, gah da həmin yerlərdə kameraların olmadığını bildirdi".
"Cebheinfo.az" xəbər verir ki, bunu sözügedən klinika ilə məhkəmə çəkişməsi davam edən, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, "Liv Bona Dea"-nin baş meneceri Taner Özbək videoların mövcud olduğunu deyib:
"Amma onun tərəfindən həmin videolara baxış keçirildikdə, xüsusi heç nə olmadığı müəyyən edildiyinə görə videogörüntünü saxlamayıblar. Halbuki mənim əməliyyata aparılmağımın, Şahbaz bəylə xəstəxanadan çıxmağım və digər paylaşımlarımla heç bir əlaqəsi olmayan videogörüntüləri məhkəməyə təqdim edirlər.
Təqdim etdikləri videogörüntülərin mənim paylaşımlarımla heç bir əlaqəsi olmamasından savayı, o videogörüntülərdə də xüsusi heç nə yoxdur. Əgər bir yerdə videogörüntülərdə xüsusi heç nə müəyyən edilməyib deyə həmin görüntülər saxlanılmırsa, nəyə görə digər yerdə olan heç bir mənası olmayan videolar məhkəməyə təqdim edilir?
Sual odur ki, nə əcəb bəzi videolar saxlanılıb (maraqlı təsadüf: məsələyə heç bir aydınlıq gətirməyən), bəzilər isə silinib (məsələyə tam aydınlıq gətirə bilən)? Üstəlik, yenə iclas zalında Taner Özbək tərəfindən mən də, vəkilim də kobud rəftara məruz qalmışıq. Növbəti iclas iyulun 7-də olacaq".
Qeyd edək ki, N.Köçərli bir neçə ay öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adıçəkilən xəstəxanada əməliyyatdan sonra rəftarla üzləşdiyini demişdi. Xəstəxana isə iddiaları qəbul etmir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 İyun 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















