Nigar Mirzəliyeva revanş arzusunda: “Səhvlərimizi analiz etmişik”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Belarusla ikinci görüşdə bacardığımız qədər diqqətli və daha yaxşı oyun göstərməyə çalışacağıq. İlk qarşılaşmada bəzi aparıcı futbolçularımızın zədəli olması və heyətdə yer almamaları 0:3 hesabı ilə uduzmağımızla nəticələndi”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva deyib.
23 yaşlı müdafiəçi bu gün Belarus yığması ilə keçirəcəkləri yoxlama oyununu dəyərləndirib. Onun sözlərinə görə, əsas hədəfləri ilk görüşdəki məğlubiyyətin revanşını almaqdır: “Həmin nəticə bizə mənfi təsir göstərdi. Artıq ilk oyunu analiz etmişik, səhvlərimizi görmüşük. Rəqibi də çox yaxşı tanıyırıq. Daha ciddi və intizamlı çıxış edərək, səhvləri təkrarlamamağa və meydanda diqtə edən tərəf olmağa çalışacağıq”.
Mirzəliyeva 0:3 hesablı məğlubiyyəti unutduqlarını da deyib: “Oyunda udmaq da, uduzmaq da olar. Əsas məsələ sona qədər mübarizə aparmaqdır. Keçmiş nəticələri arxada qoyub, növbəti hədəflərə köklənmişik”.
Rusiyada legioner həyatı yaşayan futbolçu oyunda fərqlənmək niyyətində olduğunu da vurğulayıb: “Qol vurmaq istəyirəm. Əgər alınmasa azı assist edəcəyimi planlaşdırıram. Təbii ki, müdafiədə üzərimə böyük məsuliyyət düşəcək. Səhvsiz və diqqətli olmaq üçün bütün gücümü meydanda qoyacam”.
Qeyd edək ki, Belarus - Azərbaycan matçı saat 17:00-da Minskdə "Traktor" stadionunda start götürəcək.
Didəm Qədirova
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















