Icma.az
close
up
RU
Nigarı buraxın, kişi əxlaqsızları mediadan təmizləyin!

Nigarı buraxın, kişi əxlaqsızları mediadan təmizləyin!

Icma.az, Axar.az saytına istinadən bildirir.

Yalnız son hay-küydə bildim ki, Nigar adlı aparıcı bir yana, Azərbaycanda “Kanal S” adlı televiziya da varmış...

Heç nə baş verməyib, bu millətin taleyinə, əxlaqına təsir edəcək, onun dəyərlərini “dağıdacaq” faciə də yaşanmayıb: bir xanım aparıcı – ki bu şəxslər qətiyyən jurnalist deyil və jurnalistikaya da yaxından-uzaqdan heç bir aidiyyətləri yoxdur – efirdə məqbul sayılmayan söz işlədib, olmayan oğluna “atasız qız” almayacağından bəhs edib.

Özü atasız böyüyən, qız övladı olan və onu da atasız böyüdən bir aparıcı – yəni oğlu olmayan bir şəxs – o sözü deyəndə doğrudanmı “şəhid övladlarını” nəzərdə tutacaq düşüncədə olub? Adam hansı “eyforiyada” olub – bəlli deyil, onun “alt məna” düşüncəsi ilə bu sözləri dediyini sanırsınız?

Adi, sıradan bir etik pozuntunu günlərdir hallandırıb, bu qədər şişirdəndən sonra basqıların davam etməsinin anlamı yoxdur. Kimlərsə məsələnin səbəbini, mahiyyəti və perspektivi qətiyyən düşünmədən bir faktın quyruğundan tutub, hadisənin dalınca sürünməklə məşğuldur.

Halbuki bu fakt onillərdir formalaşdırılan, yaradılan SƏBƏB-in ən adi, adidən-adi nəticəsidir: efirlərə intellekti olmayan şəxslər buraxılmaz; məişət dedi-qoduları “millətin taleyi” kimi saatlarla kanallarda müzakirə olunmaz; aparıcı funksiyasını yerinə yetirən şəxsin dodaqlarına yox, dodaqları arasından çıxan sözlərə diqqət edilər, arxasına yox, intellektinə baxılar; hansı mövzularla oxucunu-tamaşaçını-izləyicini yönləndirməsi əsas götürülər!

İllərdir kanallarımızda yemək bişirirlər – iyi Bakını başına götürür və bu qoxu təkcə şişə çəkilən ət qoxusu deyil, heç dağlanan eşşəkdən çıxan küy də deyil; söz, əxlaq, dəyərlər şişə çəkilir və bu dəyərlərin yanıq qoxusu virus kimi havaya buraxılır, yayılır; illərdir insanları bu qoxunu ciyərlərinə çəkməyə vadar edirlər, “asılılıq” yaradıblar: hər yerdə arvadı evdən qaçanların, ya da “səhər yatağında” veriliş aparanların minillik dəyərlərə meydan oxuyan və onu darmadağın edən, altşüurları dəyişən təbliğatı altında milli identikliyin anasını ağladırlar – dur deyən yoxdur!

Kanallar bunu reytinqlərlə izah etməyə çalışırlar – tam bir cəfəngiyyatdır: siz nə vaxt intellektual tok-şoular təqdim etdiniz, nə vaxt daxili-xarici problemlərin açıq müzakirəsini keçirdiniz, nə vaxt bir-birinə əks fikirdə olanların beyin fırtınalarını yaratdınız ki, bu millət onlara baxmadı?

Nə vaxt ortaya mükəmməl satira qoydunuz ki?

Siz düşük arvad qeybətlərindən başqa, yumor adına təlxəklikdən savayı bu millətə nəyi təklif etmisiniz?

Problem təkcə TV-lərdə deyil ki: onlayn media da yalnız bu təfəkkür və düşüncədədir. Mediaya yaxından-uzaqdan aidiyyəti belə olmayan, bir cümləsində 15 üslub, qrammatik, leksik səhvlər buraxan “baş redaktor” adına geydirilənlərin formalaşdırdığı bir eybəcər mühitin içindəyik!

Azərbaycan onlayn mediası 90-cı illərdə yetişmiş, ustadlardan dərs almış və o ənənəni yaşatmağa çalışan 5-10 jurnalistin üstündədir və inşallah, onlar da yaxınlarda sözün hər mənasında öləcək: kimə möhtac olacaqsınız? Adını yazanda 5 səhv buraxanlarlamı Cənubi Qafqazın lider dövlətinin siyasi təbliğatını aparacaqsınız? Yoxsa işi-gücü yalnız rəsmi və qeyri-rəsmiləri şantaj edib, pul qazanmaq, öz maşınını park etmək üçün Nəqliyyat Agentliyini piyada səkisini dağıdıb, parkinq yaratmağa vadar edən şəxslərləmi Avropadan üstümüzə yağan təbliğat selinin qarşısında durmağı hədəfləyirsiniz, yoxsa sivri burnunu “dikburun” etmək üçün estetik əməliyyat keçirən “kişi”ciklərləmi sabahın media-maqnatlarını formalaşdırırsınız?

Kim yaratdı bu manqurtlar dəstəsini? Kim(lər) onlara sponsorluq edib, ayaqda qalmalarını saxlayır və medianı uçurumun dibinə sürükləməyə davam edir?

Zəruri qeyd: Biri bazardan at almağa gedir, görür, bir yaraşıqlı ayğır satılır, yarıqiymətə. Sövdələşir və atı alandan sonra deyir, qardaş, bu atı niyə bu qədər ucuz verdin, nədir bunun nöqsanı?

Satan cavab verir ki, çox yaxşı atdır, ancaq bir pis işi var ki, “ayağısürüşkən”dir (daha kobud deyir, bir az mədəni yazdıq).

Alan da düşünür ki, əşi, atın elə olmasının nə dəxli var ki? Həm də ayğır ha, yenə madyan olsa, nəsə tərəddüd etmək olar.

Atı alır, gəlir evə, bir illik buğda ruzisini yükləyir, aparır dəyirmana, üyütdürür və yığır atın belinə, geri qayıdır. Çaydan keçəndə ayğır suya yatır – bir illik ruzi zay olur...

Atı da, çayda yoğrulmamış xəmirə dönən un taylarını da atıb, isti havada tər-qan içində başılovlu qaçır bazara, atı satanı tapır:

- Allah sənə insaf versin, sənə axı and verdim, qəsəm etdim ki, atın nöqsanlarını deyəsən. Niyə demədin, bu nə iş idi açdın başıma?

Satan nə olduğunu soruşur, kişi başına gələni danışır.

- Qardaş, sənə dedim axı ki, bu at ayağısürüşkəndir.

- “Ayağısürüşkən” dedin də, demədin ki, yük altda çaya yatandır?

- Qardaş, ağzında “ayağısürüşkən” deyirsən, ayağısürüşkəndən nə desən, gözləmək olar!

Bir adamın ki, ictimai əxlaqı yoxdur; bir adam ki, fizioloji olaraq erkək doğulsa da, kişi deyil, o, sabah sənin özünü ayaqları altına qoyub, erməniyə satacaq – yəni bunu anlamaq o qədərmi çətindir?

Kimlərə şans tanıyır, kimlərə qapı açır, kimləri TV-lərə, mediaya buraxır və onlara arxa durursunuz, kimlərin şərindən-şantajından çəkinib maliyyə-reklam ayırırsınız?

İki gül kimi övladının anasına “fahişə” deməkdən çəkinməyən sizə sabah nələr deməz?..

Ailə, valideyn, qadın qədri-qiyməti bilməyənlərin ipinin üstünə necə odun yığırsınız? Axı bunların ipi qırıqdır, istedadı, savadı yoxdur, peşənin məsuliyyətini qanmırlar!

Bunlar ümumiyyətlə medianın daşıdığı missiyanın nə olduğunu anlamırlar!

Bunlar yalnız bir şey bilirlər: həyasızlıq!

İkinci zəruri qeyd: Bir “kişi” çəkisini yoxlamaq istəyir, çıxır qapana – 80 kilo gəlir. Deyir, hamı mənə “dalsan” deyir (bir az kobud deyir, oxucular əfv etsin deyə, belə yazdım), yoxlayım görüm, dalım neçə kilodur? Oturur qapana, yenə 80 kilo gəlir. Və heyrətlə deyir: “Baho, mən başdan-ayağa elə “dalam” ki!”

İQ qapanla ölçülməz – qapanla ölçülən cəmdəkdir, “dal”dır; bu “dal” düşündüyünüz dal - budaq deyil ki, əkib, onun meyvə ağacı olmasını gözləyəsiniz: bu “dal” əkiləndə və sulananda barı yalnız həyasızlar olur!

Biz bu istedadsız, həyasız, yalnız öz maraqlarını düşünən, yeni növ dələduzluq, reketlik yolları axtaran və hər kəsə çamur atmaqdan çəkinməyən, hər kəsi qapan səviyyəsiz-intellektsiz dəstə iləmi Cənubi Qafqazın lider dövlətinin regional təbliğat ruporunu formalaşdırırıq?

Bir dəfə də olsun, beynəlxalq medianı izləməyən, informasiya şəklindən, formasından xəbərsizləri, idealı bayramnurlu olanları hansı məntiqlə cəmiyyətin boğazına keçiririk?

Mediadakı bayramnurlularla regional təsir gücümüzü artıracağımızımı düşünürük?

Mən beynəlxalq mediaya deyil, İran, Türkiyə, Rusiya da deyil, gürcü və erməni mediasına baxanda xəcalət çəkirəm: baxın onların informasiya siyasətinə, internet kanallarına, təbliğat üsullarına, xəbər siyasətinə, xəbər ardıcıllığı və strateji planlamalarına!

Kimsə bu ölkədə düşmənin hansı strategiya ilə informasiya siyasəti aparmasından xəbərdardırmı?

Və təkcə informasiya siyasəti deyil ki!

Mənim Şeyxim Ramazan bayramı günü bayram namazında imamlıq etmir, baxın görün erməni katolikosu Ştaynmayerlə görüşüb, ona nələr deyir!

Mənim diaspor təşkilatımın rəhbəri Trampa Əliyevdən donos yazır, görün, erməni diasporu Senata, Konqresə hansı müraciətlər edir!

Mənim Avropada məskunlaşan “mühacirlərim”ə baxın – ölkəmizə nələr deyir, nələr danışır, hansı söyüşlərlə bu xalqın əxlaqını darmadağın edirlər!

Bir də Avropada məskunlaşan erməni mühacirlərə baxın!

Bir də Ruben Vardanyana baxın – 1,5 milyard dollar sərvətini atıb, Qarabağa gəlib, hansı təbliğatlar aparırdı!

Sonra da qayıdıb, mənim doğmam, çobanım, Vardanyandan 10 dəfə varlı olan Şərurlu İsfəndiyarımı görün!

Mən Vardanyanın erməni xalqına 11 dəqiqəlik müraciətindən şoka düşdüm – bu fırıldaqçı, Rusiyada çirkli yollarla pul qazanan, bir neçə ölkənin qara siyahısında olan Vardanyan hansı intellekt sahibi imiş, İlahi!?

Şərurlu İsfəndiyarın da müraciətindən, onun da olmayan İQ-indən şoka düşdüm!..

Olmur belə! Belə davam edə bilməz! Əmir Teymur demişkən, nə vaxta qədər qan tökməklə qalib gələcək dövlətimiz? Hanı hər dəfəsində “varidatınızın yarısını payladığınız” mollanın, axundun, şeyxin, diasporun, TV aparıcılarının, onlayn media mənsublarının sözlərinin “hikməti”?

Britaniya Baş naziri Devid Lloyd Corc Atatürk haqda demişdi ki: “Yüzillər nadir halda dahi yetişdirir. Bu talesizliyimizə bax ki, 20-ci əsrin dahisi türklərə nəsib oldu və qədər onu bizim qarşımıza çıxardı”.

Tale üzümüzə gülüb, yüz ildə bir yetişən lider verib bu xalqa! Dünya xəritəsində çeçələ barmağın sədəfi qədər də görünməyən ölkəmizi regional gücə çevirir: Pakistandan Türkiyəyə qədər çətir qurub! O səviyyədə ki, Suriyanın yeni lideri bir dəfə də görmədiyi İlham Əliyevə “Əziz Qardaşım” deyir, Avropaya uçanda şərəfinə qırıcılar qaldırılır, beynəlxalq media “Balaca İsrail nəhəng ABŞ-a necə təsir edirsə, Azərbaycan da Türkiyə və türk dünyasına elə təsir edir” yazır.

Kimin hesabınadır bunlar?

Bəs, onun dişi-dırnağı, sutkalıq işi-zəhməti, bacarığı, fəhmi, iradəsi ilə qazandıqlarını əbədiyyətə qədər qorumaq üçün hansı nəsil gəlir?

Azərbaycanın istedadlı, parlaq bir gəncliyi var – onlara arxa olun, onları yetişdirin!

Bu həyasız sürüsünün dalında durmayın, onlar öz dallarını qoruya bilməyiblər – Vətənimi qoruyacaqlar?

Yazıqdır bu xalq, bu millət, bu dövlət!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Aprel 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri