Icma.az
close
up
RU
Nigarı döyəndən sonra yatdım Bir evdə yaşadığı qadını təpiklədi: Məhkəmə

Nigarı döyəndən sonra yatdım Bir evdə yaşadığı qadını təpiklədi: Məhkəmə

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Tovuz rayonunda 1985-ci il təvəllüdlü Ramil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 16-də rayonun kəndlərindən birində baş verib. Ramil həmin gün, gecə saat 3 radələrində yaşadığı evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruq və təpik zərbələri ilə qeyri-rəsmi arvadı Nigarın baş, bədin nahiyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Nigarla bir ildir ki, evliyik, uşağımız yoxdur. Bizim aramızda bir neçə dəfə mübahisələrimiz olub. Amma sonradan barışmışıq. Oktyabrın 15-də mənim ad günüm olub. Mən ailə üzvlərim ilə birlikdə yaşadığım evdə yemək yeyib, spirtli içki qəbul etdik. Həmin vaxt evdə valideynlərim olub. Axşam saatlarında anam və atam bacımın evinə getdilər. Mən spirtli içki qəbul edərək sərxoş olmuşdum. Daha sonra Nigarla söhbət etməyə başladım. Söhbət zamanı Nigar sözlərimə kobud cavab verdi. Ona bir neçə dəfə normal danışmasını bildirsəm də, o, kobud rəftar etməyə davam etdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, okyuabrın 16-da, gecə saat 3 radələrində onların aralarında yaranan anlaşılmazlıq səbəbindən Nigarı əl və ayaq zərbələri ilə bir neçə dəfə vurub: “Mən Nigarı döyəndən sonra yatdım. Həmin vaxt evdə heç kim olmayıb və hadisəni görməyib. Baş vermiş münaqişə təxminən 15-20 dəqiqə davam etdi. Hazırda əməlindən peşmançılıq hissi keçirmişəm. Nigarla barışaraq bir evdə yaşayırıq. Onun mənə qarşı şikayəti yoxdur”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkənlə barışıq əldə etməsini nəzərə alıb. 
Bu səbəbdən də Ramilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri