Nigarın komaya düşməsi ilə bağlı plastik cərrahın məhkəməsi...
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Nəsimi Rayon Məhkəməsində əməliyyat zamanı xəstənin komaya düşməsində təqsirləndirilən estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən Cəmilə Əliyevanın vəkili vəsatət verib və iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi yanvarın 28-nə təyin edilib.
İttihama görə, hadisə ötən ilin aprel ayında Bakıdakı “MedAura” klinikasında baş verib. Klinikada rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. Məlumata görə, komadan ayılan qadın sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib.
Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb, Yaqub Əsədi və Cəmilə Əliyeva barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















