Niger Fransaya çağırış etdi: Uranı sabah göndərə bilərik
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa korporasiyalarının Niger ərazisində hasil etdiyi uran ehtiyatlarının istənilən an rəsmi Parisə təhvil verilə biləcəyi bildirilib.
Oxu.Az RTN telekanalına istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Prezidenti Abdurahman Çiyani bəyanatla çıxış edib.
"Fransa 156 231 tonluq ehtiyatın 63,4 faizinə sahibdir. Əgər istəsələr, bunu onlara elə sabah göndərə bilərik, hətta daşınma xərcini də özümüz ödəyərik. Çünki bu məhsul istehsal olunanda onlar burada idilər", - deyə o, televiziya efirində bildirib. Sözügedən çıxışın videoyazısı "YouTube" platformasında yayımlanıb.
A.Çiyani vurğulayıb ki, faydalı qazıntının özü "Tanrının iradəsi ilə" Nigerə məxsusdur və belə də qalacaq. Prezident dövlət maraqlarına sadiq qalmağın vacibliyini qeyd edərək bildirib ki, yaranan təhdid və maneələrə baxmayaraq, ölkə müəyyən etdiyi müstəqillik kursundan geri çəkilməyəcək.
Baxış sayı:122
Bu xəbər 16 Fevral 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















