Niger hakimiyyəti Fransanı ölkədə hərbi çevrilişə cəhddə ittiham edib
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Niger hakimiyyəti avqustun sonlarında paytaxt Niameydə baş vermiş silahlı qiyamın arxasında birbaşa Fransanın dayandığını bəyan edib.
Teleqraf ANP informasiya agentliyinə istinadla xəbər verir ki, rəsmi açıqlamada beynəlxalq şəbəkəyə malik olan bu əməliyyatın Fransa Prezidenti Emmanuel Makron rejimi tərəfindən idarə olunduğu və dəstəkləndiyi iddia edilir. Niger tərəfi bu addımın ölkənin suverenliyinə və təbii sərvətləri üzərində nəzarətinə qarşı yönəldiyini bildirib.
Xatırladaq ki, avqustun 29-na keçən gecə bir qrup hərbçi Niameydəki 101 nömrəli hərbi-hava bazasına və prezident iqamətgahına hücum edərək qiyam qaldırıb. Hökumətə sadiq qüvvələr Rusiya Müdafiə Nazirliyinin "Afrika Korpusu"nun dəstəyi ilə qiyamı yatırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Sentyabr 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















