Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 18 iyun, AZƏRTAC
Nigerin paytaxtı Niameydə yerləşən hava limanı ərazisində partlayışlar və atışma səsləri eşidilib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hadisə cümə axşamı səhər saatlarında baş verib. Şahidlərin sözlərinə görə, ilk partlayışlar yerli vaxtla saat 06:00 radələrində qeydə alınıb və bir müddət sonra da atəş səsləri eşidilib. Məlumata görə, təhlükəsizlik qüvvələri hava limanı ərazisini mühasirəyə alıb. Obyektin hücuma məruz qaldığı bildirilib.
Qeyd edək ki, Niger və qonşu Mali, Burkina Faso ölkələri son illərdə terror qruplarının hücumları ilə üzləşir. Regionda bu qrupların fəaliyyəti təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirir.
Bu mövzuda digər xəbərlər:Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib
14 Yanvar 2025 20:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
09 Oktyabr 2025 23:27
Sumidə partlayış səsləri eşidilib
24 May 2025 23:21
Təbrizdə partlayış səsləri eşidilib
15 İyul 2025 02:09
Xarkovda partlayış səsləri eşidilib
02 Aprel 2025 08:11
Baxış sayı:164
Bu xəbər 18 İyun 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















