Nigeriya və Niger Bakıdakı Dünya Çempionatına vəsiqə qazandı
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabr tarixində başa çatıb. Turnir 5–8 noyabr tarixlərini əhatə edib və Afrika qitəsinin dörd komandası – Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalıb.
Modern.az xəbər verir ki, son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub. Gərgin keçən final görüşündə isə Nigeriya Niger üzərində 5–3 hesabı ilə qalib gəlib və Afrika Çövkən Çempionatının qalibi adını qazanıb.
Nəticələrə əsasən yekun sıralama belə müəyyən olunub:
1-ci yer – Nigeriya
2-ci yer – Niger
3-cü yer – Qana
4-cü yer – Misir
2026-cı ildə Bakıda keçiriləcək Dünya Çövkən Çempionatının reglamentinə əsasən, Nigeriya və Niger komandaları bu yarışa birbaşa vəsiqə qazanıblar. Bu, Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım hesab olunur.
Turnir Guards Polo Club (Abuca) meydanında yüksək səviyyədə təşkil olunub və tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















