Nigeriyada hərbçilər yüzlərlə girovu azad etdi
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nigeriya ordusu Borno ştatında xüsusi əməliyyat nəticəsində "Boko Haram" terror qruplaşmasının girov saxladığı 416 sakini azad edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər əməliyyata bir neçə həftə hazırlaşıblar və hücum detallarına kimi planlaşdırılıb.
Kamerunla sərhəddə Mandra dağında terrorçulara məxsus lagerdə saxlanılan girovların azad olunması zamanı 2 azyaşlının öldüyü bildirilir. Azad olunanların əksəriyyəti martın əvvəllərində Nqoşo rayonunda oğurlanan qadınlar və uşaqlardır.
Xatırladaq ki, həmin vaxt "Boko Haram" digər terror təşkilatı olan "İslam dövləti" ilə birlikdə hərbi bazaya hücum etmiş, 90-dan çox hərbçini qətlə yetirmiş və 300-dən çox sakini girov götürmüşdü.
L.Tağıyeva
Baxış sayı:77
Bu xəbər 08 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















