Icma.az
close
up
RU
Nigeriyada ingilis dili tədris olunacaq

Nigeriyada ingilis dili tədris olunacaq

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nigeriya Federal Hökuməti 2022-ci ildə qüvvəyə minmiş və məktəbəqədər təhsildən altıncı sinfə qədər tədrisin ana dildə aparılmasını məcburi edən Milli Dil Siyasətini ləğv edərək, tədris dili kimi yenidən ingilis dilinə keçmək qərarı verib.

"Cebheinfo.az" xəbər verir ki, təhsil naziri Dr. Tunji Alausa bu barədə Abucada keçirilən 2025 Dil və Təhsil üzrə Beynəlxalq Konfransın açılışında danışıb.

Nazir Alausa üç ildir tətbiq olunan Milli Dil Siyasətinin gözlənilən nəticələri vermədiyini və ölkənin təhsil keyfiyyətinə mənfi təsir göstərdiyini bildirib.

Alausa nazirliyin apardığı “məlumatlara əsaslanan və genişmiqyaslı araşdırma” nəticəsində ana dildə təhsilin bir çox bölgədə standartların altında həyata keçirildiyini vurğulayaraq, “Milli Dil Siyasəti ləğv olunmuşdur. Artıq ibtidai məktəbdən universitetə qədər bütün mərhələlərdə tədris dili ingilis dili olacaq”, - deyə açıqlama verib.

Nazir ölkənin çoxdilli quruluşunun bu siyasətin tətbiqini çətinləşdirdiyini qeyd edərək, bölgələr arasında uyğunluq problemlərinin yaşandığını bildirib.

“Bəzi bölgələrdə Hausa, bəzilərində Kanuri, bəzi şəhərlərdə isə müxtəlif etnik qrupların dilləri üstünlük təşkil edir. Ancaq müəllim heyəti çox zaman bu dilləri bilmir. Şagirdlər illərlə ana dilində təhsil alır, lakin universitetə qəbul imtahanları ingilis dilində keçirilir. 

Bu uyğunsuzluq uğurun ciddi şəkildə azalmasına səbəb oldu”, - deyə Alausa əlavə edib.Təhsil siyasəti üzrə tədqiqatçı Dr. Abubakar İdris bu qərarın “çətin, lakin zəruri” olduğunu deyib:

“Nigeriyada onlarla yerli dil mövcuddur. Bu dillərdə təhsil verəcək kifayət qədər müəllim, dərs vəsaiti və proqram olmadan ana dildə təhsilə keçmək real deyildi”.

Əsas problemin müəllim keyfiyyəti olduğunu vurğulayan İdris, keyfiyyətli müəllim çatışmazlığı aradan qaldırılmadan tədris dilinin ikinci dərəcəli məsələ olduğunu qeyd edib.
O, hökumətin qərarının ani olduğunu bildirərək, “Siyasətin tamamilə ləğvi əvəzinə mərhələli uyğunlaşma planı hazırlanmalı idi. Yerli dillər tamamilə kənarlaşdırılmadan ikidilli modellər tətbiq edilə bilərdi”, - deyə əlavə edib.

Abucadakı bir ibtidai məktəbdə müəllim olan Umar Halima isə erkən yaşda ingilis dilində təhsilə keçidi dəstəklədiyini bildirərək, “Uşaqların qlobal dildə erkən təhsil almaları gələcəkdə böyük üstünlüklər təmin edir” deyib.

İbtidai sinif müəllimi Emmanuel Godvin isə qərarın tələsik verildiyini düşünərək, “Üç il təhsil islahatlarının nəticə verməsi üçün çox qısa müddətdir. Müəllim hazırlığı və material dəstəyi artırılmadan bu siyasət uğursuzluğa məhkum idi”, - deyə fikrini bölüşüb.

2022-ci ildə qüvvəyə minmiş Milli Dil Siyasətinə əsasən, Nigeriyada məktəbəqədər təhsildən altıncı sinfə qədər tədrisin ana dildə aparılması məcburi idi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri