Nigeriyada vəba epidemiyası: 40 a yaxın ölən var
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında mayın əvvəlindən bəri vəba xəstəliyindən azı 37 ölüm və 3 000-dən çox yoluxma qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə "Punch" qəzeti ştatın səhiyyə qurumlarına istinadən məlumat yayıb.
Bildirilir ki, hazırkı yoluxma dalğası ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət kimi qiymətləndirilir və təcili tədbirlər tələb edir. Nigeriya Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəlik Borno ştatının 36 bölgəsini əhatə edib.
Ən çox yoluxma halı ştatın inzibati mərkəzi olan Mayduquri şəhərində qeydə alınıb və ümumi halların yarısından çoxu bu əraziyə aiddir.
Nigeriya beynəlxalq tərəfdaşlarla birlikdə su təchizatı, kanalizasiya və gigiyena sistemlərini gücləndirmək üçün resurslar toplayır, həmçinin yoluxma mərkəzlərində xəstələrin qəbulu üçün hazırlıqları artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 31 May 2026 05:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















