Nihat Məmmədli dünya çempionatının finalında
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha iki yunan-Roma güləşçisi yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) 1/4 final mərhələsini uğurla adlayıblar.
Nihat Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadini məğlub edib. Təmsilçimiz yarımfinalda rusiyalı Sergey Yemelini də üstələyərək finala vəsiqə qazanıb.
O, sabah qızıl medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karen Aslanyanla qarşılaşacaq.
Həsrət Cəfərov isə 1/4 finalda Cənubi Koreya güləşçisi Hanjae Çunqa qalib gəlib. O, yarımfinalda iranlı Səid Esmaeili ilə qarşılaşmadan məğlub ayrılıb. O, sabah üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, noyabrın 1-də başa çatacaq dünya çempionatında Azərbaycan yığması artıq iki qızıl medal qazanıb. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib Azərbaycanı dünya çempionatında 23 güləşçi təmsil edəcək Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib İki güləşçimizdən medal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Oktyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















