Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Füzulidə iki ay öncə kanlada batan yeniyətmənin axtarışlarını davam etdirmək üçün Baş Mil kanalının suyu qurudulub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə baş verən gündən kanal boyunca 20 gün axtarış aparılsa da, dərin tunel hissəsində suyun çoxluğu səbəbindən orada lazımi şəkildə baxış keçirilməyib.
Bu səbəbdən bu gün Nağızadə Nihat Vüqar oğlunun axtarışları üçün, Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli ərazisindəki Birinci Bunkerdə suyun tamamilə qurudulub.
Qeyd edək ki, əslən Aşağı Seyidəhmədli kəndindən olan və Zobucuq 4 qəsəbəsində yaşamış 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə iyunun 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batmışdı.
Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, həmçinin Mülki müdafiə qoşunlarının qüvvələri yenidən yeniyetmənin meyitinin axtarışlarına başlayıb.
***
Axtarışlar nəticəsində Nihat Nağızadənin meyiti tapılıb.
Ziya Əmirxanlı



Baxış sayı:64
Bu xəbər 25 Avqust 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















