Nijnekamskda dron hücumu: ölənlər var KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, sentyabrın 13-ü səhər saatlarında şəhərdə sənaye və mülki obyektlər dronlarla vurulub.
Fabriklərdən birində yanğın baş verib və hazırda söndürülür. Buna baxmayaraq, müəssisədə istehsal prosesi dayandırılmayıb.
Dronlardan biri ağaca çırpılıb və yaxınlıqda içərisində dörd gəncin olduğu avtomobilə ziyan vurub. Hadisə nəticəsində iki gənc yerindəcə ölüb, digər iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Digər dron yaşayış binasına dəyib. Hücum nəticəsində binada dörd nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilir.
Ümumilikdə sənaye və mülki obyektlərə edilən hücumlar nəticəsində 12 nəfərin yaralandığı bildirilir.
Günay Əli
KONKRET.az
Baxış sayı:106
Bu xəbər 13 Sentyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















