Nikah üzüyü qadını xəstəxanalıq ETDİ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva sakini nikah üzüyünə görə az qala barmağını itirmək təhlükəsi ilə üzləşib.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, qadın bağ evində hasardan tutaraq əlini çəkib. Bu zaman nikah üzüyü hasara ilişib və nəticədə onun barmağı demək olar ki, tamamilə kəsilib.
Qadın xəstəxanaya aparılıb və əməliyyat olunub.
Həkimlər bildiriblər ki, üzüyü kəskin şəkildə dartmaq onun barmaqdan çıxmasına deyil, yumşaq toxumaların sıxılmasına səbəb olur. Bu isə dəriyə, qan damarlarına, sinirlərə və vətərlərə zərər verə bilər.
Xəstə artıq reabilitasiyaya başlayıb. Bununla onun barmağının motor funksiyasının bərpa olunmasına kömək ediləcəyi gözlənilir.
Aytəkin TOFİQQIZI
Baxış sayı:147
Bu xəbər 23 İyul 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















