Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir? CAVAB
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illərdə nəinki ölkəmizdə, bütün dünyada müzakirə olunan mövzulardan biri nikahların pozulması ilə bağlıdır. Belə olduğu halda uşaqların kimdə qalması ilə bağlı məsələ tərəflər arasında münaqişələrə səbəb olur. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyası müəyyən qanunlar təyin edib. Bəs nikahdan kənar doğulan uşaqları taleyi necə həll olunur?
Mövzu ilə bağlı "Yeni Azərbaycan" a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, nikahdan kənar doğulan uşaqların hüquqları birgə nikahda olduğu vaxtda doğulduğu uşaqların hüquqlarından heç bir xüsusi ayrıseçkiliyi ilə seçilmir. "Doğulan uşaqlarla bağlı valideynlərin birbaşa öhdəliyi olmalıdır. Onlar eyni zamanda nikahdankənar doğulmuş uşaqların da yaşaması üçün mənəvi və maddi imkanları qarşılamalıdırlar. Əgər valideynlərdən hər hansı biri dünyasını dəyişərsə, həmin valideynlərin arasında nikah olmasa belə, uşağın vərəsəlik hüquqları qanunla qorunur".
R. Süleymanov son olaraq onu da qeyd edir ki, belə olduqda ərazi üzrə notariat orqanına müraciət etməklə, özünü vərəsə kimi tanıda bilər və əmlakın bölüşdürülməsində digər uşaqlara şamil olunan hüquqlar onlara da şamil olunur.
Havar Şəfiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Dekabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















