Icma.az
close
up
RU
Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər müğənni Vəfa Şərifova kimdir?

Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər müğənni Vəfa Şərifova kimdir?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Lent.az “Bioqrafiya” rubrikasında son zamanlar Azərbaycan toylarının kraliçasına çevrilmiş müğənni Vəfa Şərifova haqqında məlumat verir.

- Vəfa Şərifova nə zaman və harada anadan olub?

Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsuda anadan olub. 

- Vəfa Şərifova kimin ailəsində böyüyüb?

1 yaşı olanda anasını itirib. Anası hamilə ikən bətnindəki övlad ölüb və ana zəhərlənmə nəticəsində həyatını itirib. Ailədə 3 uşaq olublar və onları nənə və babası böyüdüb. Vəfa atasını görməyib. O, 11-ci sinfi bitirdikdən sonra Bakıya köçüblər. Vəfa atasının onları uşaqlıqdan atdığını bildirib: "Anam rəhmətə gedəndən sonra atam evlənib. Bacım və qardaşıma atam, mənə nənəm baxıb. Ögey anam bacı və qardaşıma da baxmadığı üçün nənəm gətirib. O vaxtdan mənə dedilər ki, atan rəhmətə gedib. Mən də demişəm, Allah rəhmət eləsin. Bağışlaya bilmirəm. Mənim üçün bacım, qardaşım, ailəmdir əsas. Onlar bacıma, qardaşıma elə zülm veriblər ki... Heç vaxt atamı görməmişəm, şəklini də görməmişəm".

- Vəfa Şərifovanın sənətdə ilk dəstəyi kim olub?

Müəllimi və sənətdə dəstəyi Tacir Şahmalıoğlu olub. Tenor İntiqam Kərimovdan da dərs alıb. Hazırda küsülü olduğu müğənni Şəbnəm Tovuzlu isə iddia edir ki, ona toylarda oxumağı o öyrədib.

- Vəfa Şərifova kimlərlə duet oxuyub?

İntiqam Kərimov, Serdar Ortac, Nəfəs, Aqşin Fatehlə uğurlu duetləri var.

-  Vəfa Şərifovanın haqqında iki dəfə ölüm xəbəri yayılıb. O xəstədir?

"Artıq ikinci dəfədir ki, müəyyən problemlər baş verir. Birinci dəfə elə düşündüm ki, arıqlamaq üçün istifadə etdiyim dərmanlar təsir edib. Amma artıq uzun müddətdir ki, həmin dərmanlardan istifadə etmirəm və yenidən bu problemi yaşadım. Əsas odur ki, indi yaxşıyam. Mənim ölüm xəbərini yayanlara isə demək istərdim ki, ölməmişəm, sağam. Şükür ki, hər şey qaydasındadır. O qədər öldüyüm barədə xəbərlər yayırsınız ki, axırda, həqiqətən, öləndə buna heç kim inanmayacaq" - bu sözləri müğənni Vəfa Şərifova barəsində yayılan "öldü" xəbərinə münasibət bildirərkən deyib.

- Vəfa Şərifova niyə Allaha üsyan edib?

"Anasız böyüdüyüm üçün "Niyə mənim anam yoxdur?" deyib:
“Allaha üsyan etdiyim vaxtlar olub. Amma indi fikirləşirəm ki, anam olsaydı, bu gün onu itirmək qorxusu ilə yaşamaqdansa, bu hissi yaşamamaq daha yaxşıdır.
Bəzən anasız böyüyən insan ana qayğısı və nəvazişi görməyəndə o hissləri öz övladına göstərə bilmir. Ən çox qorxduğum məsələ də bu idi. Hər iki övladım yenicə dünyaya gələndə beş-altı ay onlara qarşı heç nə hiss etmirdim. Zamanla hər şey dəyişir. Vaxtımın çox hissəsini övladlarımla keçirirəm. Sevgimi onlara ifrat şəkildə göstərirəm".

- Vəfa Şərifova toylara neçəyə gedir?

 Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən olan Vəfa Şərifovanın qonorarı 3-6 min manat arasında dəyişir.

- Vəfa Şərifova ailəlidir?

O, rəsmi nikah olmadan bir nəfərlə ailəlidir. Bu münasibətdən iki övladı dünyaya gəlib.

- Vəfa Şərifovanın vətəndaş nikahında olduğu əri kimdir?

Vəfa Şərifova iş adamı Famil Xəlilovun xanımıdır.

- Vəfa Şərifovanın Famil Xəlilovdan ayrılması xəbəri yalandır?

"Nikahımız yox idi, kəbin kəsdirmişdik. Ona da son qoyduq. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı... Belə gətirdi və belə oldu. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın sevmədiyini görmək ağırdır bir qadın üçün. Ona görə də qismət belə oldu" o, bu formada deyərək açıqlama versə də bir neçə gün sonra barışıblar.
Əri barışmaq üçün ona Ağ şəhərdən ev alıb.

“Həyat yoldaşımla ayrılmışam” açıqlamasını geri götürürəm, yoldaşımla barışmışam. Mən sevgiyə möhtac insanam.

Sevilmədiyim yerdə heç zaman qalmıram. Həyat yoldaşımdan o soyuqluğu hiss etdim və kənara çəkildim. Düşündüm ki, getmək istəyir, dedim ki, yolun açıq olsun. Amma əslində, getmək istəyən yox imiş, hər şey yaxşı imiş. Mən hər zaman geri addım atıram. Əslində, bu bir tərəfdən zəiflik əlamətidir. Üzləşə bilmirsən... Sevgisizlik elə bir duyğudur ki... Qadın sevgisizliyi hiss edəndə hər gün ölür. Fikirləşdim ki, bir dəfə ölüm...
Həyat yoldaşımla küsəndə o barışmaq üçün hər zaman hansısa hədiyyəni mənə bağışlayıb, sonra barışmışam. Amma bu dəfə ən böyük hədiyyəsi sevgi ilə mənə dönməyi oldu”,- deyə o bildirib.

- Vəfa Şərifovanın əri Şəbnəm Tovuzlunun keçmiş əridir?

Vəfanın dediyinə görə, ərinin Şəbnəmlə münasibəti olub. Şəbnəm isə bunu inkar edib.

 “Efirə çıxdığım gündən demişəm ki, həmin şəxslə ailəliyəm. Bizim bir qız övladımız var. Bunları əvvəllər açıqlamağımın səbəbi odur ki, məclis sahibləri dəvət edərkən bilsinlər ki, evliyəm və ona görə davransınlar. Mən bəziləri kimi həyat yoldaşlarının ayağını, əlini göstərib kiməsə acıq vermək, verdiyi hədiyyələri reklam etmək istəməmişəm. Bununla gündəmə gələn insan deyiləm. Xanım müğənni ilə şəklimi yan-yana qoyursunuz. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Mənim səhvim deyil. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar olub”.
Şərifovanın qalmaqallı açıqlamasından sonra Şəbnəm də mətbuata video açıqlama yayaraq məsələyə münasibət bildirib.
Müğənni Vəfanın keçmişini xatırladaraq ona susmağı məsləhət görüb: “Mənim o şəxslər arasında adım çəkilməməlidir. Bir qadın da çıxıb açıqlama yayır ki, mənim qız övladım, ailəm var, buna görə onu toylara çağırırlar. Biz də ailəliyik, övladımız var. Keçmişini, kim olduğunu unutma, 2008-2009-cu illəri sənə xatırladıram. Olduğun halları unutma, yaxşı? Onları indiki ətrafında olan insanlar yox, mən bilirdim. Ailəsinin qədrini bilən xanım, evdə oturub danışmaz. Kim olduğunu hər kəs gözəl bilir”.

 - Vəfa Şərifova populyarlaşmaq üçün reklamına nə qədər pul xərcləyib?

Vəfa Şərifova şou-biznes aləmində gündəmə gəlməsi üçün ona yazılan mahnılar, çəkilən kliplərə pullar xərcləndiyini etiraf edib.
Sənətçi məbləğ açıqlamasa da, reklamı üçün xeyli məbləğ xərcləndiyini bildirib:
“Mən real adamam, durub yalandan deyə bilmərəm ki, ay mənim istedadım var, buna görə tanındım, yox, müəyyən pullar xərclənib. Pulları özüm xərcləmədim, bilirsiz xərcləyən kimdir. Məbləğ açıqlamayacağam, amma az da xərclənməyib”.

Vəfa həmin pulların havaya sovrulmadığını və hazırda onun xeyrini gördüyünü də bildirib.

- Vəfa Şərifova plastik əməliyyat etdirib?

Vəfa Şərifova dəfələrlə estetik əməliyyat etdirərək, özünü başdan yaradıb desək, yalan olmaz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri