Niko Kovaç: “Favorit bizik”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakı Olimpiya Stadionunda “Sabah”ın qonağı olacaq Almaniyanın “Borussiya” (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
— Hücum xəttində daha təhlükəli olmaq üçün lazımi məqamları hələ tam tapa bilməmişik. Oyunçularımıza meydanda daha böyük sürət və çeviklik lazımdır, hazırda sırf bunun üzərində çalışırıq. Sabahkı matçda arzuladığımız nəticəni əldə etmək üçün rəqib qapısına daha çox və effektiv hücumlar təşkil etməliyik. “Sabah” 2017-ci ildə yaradılıb, lakin çox ciddi və təhlükəli komandadır. Bizi həqiqətən də ağır bir qarşılaşma gözləyir. Meydanda daha iti, diri və konsentrasiyalı olmalıyıq. Fərdi keyfiyyətlərimizi maksimal dərəcədə oyuna əks etdirib Bakıdan qələbə ilə dönməliyik. “Sabah”ın oyunçuları stil baxımından bizim futbolçulara oxşayırlar, buna görə də rəqib bizə qarşı çox çevik oyun nümayiş etdirə bilər. Heyətimiz gəncdir, əsas məqsəd futbolçuların tam bərpa olunub sabaha hazır çıxmasıdır.
– “Budo-Qlimt” səfərində qol vura bilmədiniz və xal itirdiniz. İki matçdır qol vura bilməməyiniz sizdə narahatlıq yaratmır?
– Rəqiblərimizə böyük hörmətlə yanaşır və onları çox ciddiyə alırıq. Lakin bu matçda favorit bizik və qalib gələcəyimizə inanırıq. Motivasiyamız və heyət keyfiyyətimiz üstündür, məhz bu üstünlüklər hesabına oyunu öz nəzarətimizdə saxlayacağıq.
– “Borussiya” son üç matçda qələbə qazana bilməyib. Bu situasiyadan çıxış yolunu necə görürsünüz?
– Komandaya gələndə “Borussiya” 11-ci yerdə idi, indiki vəziyyətimizi həmin dövrlə müqayisə etmək olmaz. Bremendə tam dominant oyun göstərdik, lakin matç 2:2 hesabı ilə başa çatdı. Məni narahat edən yeganə məqam son iki məğlubiyyətdir. Bununla belə, komandada lazımi oyun keyfiyyəti var və bunu sabah meydanda sübut edəcəyik.
– 2015-ci ildə Xorvatiya millisinin baş məşqçisi kimi Bakıda Azərbaycanla 0:0 heç-heçə etmişdiniz. Həmin oyundan sonra komandanız Norveçə uduzmuş və siz postunuzdan ayrılmışdınız. 11 il sonra bənzər ssenari ilə, Norveç klubuna uduzduqdan sonra yenidən Bakıdasınız. Bu təsadüf barədə nə düşünürsünüz?
– Daha əvvəl Azərbaycanda olmuşam. Amma həmin vaxt başqa stadionda oynamışdıq və matç 0:0 hesabı ilə bitmişdi. Bu barədə əlavə nəsə deməyə ehtiyac görmürəm.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Oktyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















