Niko Qonsales Mançester Siti də
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.
Bizim.Media xəbər verir ki, Premyer Liqa nəhəngi "Portu"da çıxış edən Niko Qonsalesin keçidini yekunlaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mançester Siti" ispan yarımmüdafiəçisi üçün Portuqaliya klubuna 60 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. 23 yaşlı orta xətt oyunçusu İngiltərəyə gedib tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Portu" Niko Qonsalesi 2023-cü ilin yayında "Barselona"dan transfer edib. İspaniya U-23 millisinin üzvü bu mövsüm "əjdahalar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 03 Fevral 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















