Nikol Kidmanın qızı ilk dəfə jurnal üçün poza verdi FOTOLAR
Icma.az, Sia Az saytına istinadən bildirir.
Aktrisa Nikol Kidmanın böyük qızı Sunday Rose "Nylon" jurnalının yeni sayının siması olub. SİA xəbər verir ki, o, fotolarını "Instagram"da paylaşıb.
Sunday Rose Kidman-Urban jurnalın üz qabığı üçün iri düyməli jaket və dəridən mini yubkada poza verib. Saçları aşağıdan at quyruğu formasında yığılmış, makiyajı isə təbii – yüngül nüd tərzində olub. O, həmçinin kamera qarşısında "Prada", "Miu Miu2 və "Issey Miyake" brendlərinin obrazlarında da çıxış edib.
"İki əsas qayda var. Birincisi, 16 yaşıma qədər dəbdə heç bir işlə məşğul ola bilməzdim, ikincisi, məktəb həmişə birinci olmalı idi. Əvvəlcə nifrət etdim, amma əslində bu qaydalara sahib olduğum üçün çox şadam, çünki pozitiv qalmağıma kömək edir", - aktrisanın qızı deyib.
Model anasının qarderobuna pərəstiş etdiyini və hər zaman onun paltarını geyindiyini də bildirib.
"Mən hər şeyi anamın dolabından alıram. Bəzən zarafatlaşıram ki, bura mənim sevimli mağazamdır", - o əlavə edib.
Baxış sayı:71
Bu xəbər 08 Avqust 2025 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















