Icma.az
close
up
RU
Nikol kimdən və nədən qorxur?

Nikol kimdən və nədən qorxur?

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ermənistanın baş naziri Aİ-dən kömək istəyir

Ermənistanda siyasi vəziyyət yenidən gərginləşə bilər. Belə ki, xaricdən dəstəklənən revanşist müxalif qrupların, eləcə də kilsənin seçkiqabağı təxribatlara əl atacağından ehtiyat edən baş nazir Nikol Paşinyan “qabaqlayıcı tədbirlər” görməyə hazırlaşır. Bir çox siyasi mütəxəssislərin fikrincə, xüsusilə, Ukrayna müharibəsinin sülh prosesinə doğru yaxınlaşması erməni baş naziri narahat edən amtillərdəndir - o baxımdan ki, Paşinyan ölkəsinin “yönünün” Avropaya tərəf “çevirməsi”nin “cəzasını” almaqdan çəkinir. Başqa sözlə, gələn ilin əvvəlində Ukraynada vəziyyətin stabilləşməsi fonunda Paşinyan parlament seçkiləri ilə bağlı müəyyən təhdidlərin formalaşacağını düşünür. Hətta yerli siyasətçilər onun seçkiqabağı proseslə bağlı Aİ-yə müraciətini məhz bu kontekstdə dəyərləndirirlər.

Avropa Paşinyanı “ürəkləndirdi”...

Xatırladaq ki, bir neçə gün öncə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirmişdi ki, Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında Ermənistan məsələsi də müzakirə ediləcək. O bildirmişdi ki, “növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”, - Aİ rəsmisi deyib.

Erməni nəşrləri Kallasın fikirlərini, 2026-cı il parlament seçkilərini yarana biləcək təhdid fonunda təhlil edərək onun seçkilər ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirməyə başlama ehtimalına işarə etdiyini bildirmişdilər. Qeyd edək ki, Ermənistanın xarici işlər nazirliyi Brüsseldə nazir Ararat Mirzoyanla Aİ Xarici İşlər Nazirləri Şurasının üzvləri arasında keçirilən görüşdən sonra Aİ üzv dövlətlərinin Ermənistanın hibrid təhdidlərə qarşı mübarizəyə dəstək ifadə etdiklərini yayıb. Daha əvvəl isə Kallas Ermənistan üçün 15 milyon avroluq yardım paketi elan etmişdi.

Erkən seçki ehtimalı güclənir

Sözügedən “hibrid təhlükə” təhdidi vurğulandığı kimi, xarici müdaxilələri əhatə edir. Qeyd olunduğu kimi, İrəvan Ukrayna müharibəsinin bitməsindən sonra özünə qarşı təhlükələrin yaranmasından ehtiyat edir. Hətta bəzi siyasi ekspertlər Paşinyanın seçkinin geri çəkilməsi ilə bağlı göstəriş verəcəyi ehtimalını real sayır. Nəzərə alsaq ki, seçkiyə təxminən 7 ay müddət qalmasına baxmayaraq hakim “Vətəndaş müqaviləsi” partiyası artıq oktyabrdan seçki kampaniyasına start verib. Rəm də bu səbəbdən Paşinyanın erkən seçkilərlə bağlı niyyətini gerçəkləşdirmə ehtimalı irəli sürülür. Xatırladaq ki, partiyanın seçki kampaniyasına Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan rəhbərlik edəcək.

Revanşist müxalifət zərərsizləşdirilir...

Əslində Paşinyanın erkən seçki ehtimalına söykənən addımları yalnız xarici təsirlərdən qorunmaq, seçkilərə üçüncü tərəflərin müdaxilə imkanlarını məhdudlaşdırmaq xarakteri daşımır. Bu qərar həm də son vaxtlar ölkə daxilində yaranan gərginliklərdən istifadə edərək, genişmiqyaslı iğtişaş törətmək planı quran revanşist müxalif qrupların və digər qüvvələrin (xüsusilə kilsənin) təhdidindən ortaya çıxüır. Nəzərə alsaq lazımdır ki, son aylarda sosial şəbəkələrdə keçirilən reytinq sorğularında da Paşinyan əvvəlki qədər dəstəklənmir - bu da ortada olan seçki təhdidinin bir hissəsidir.

Düzdür, revanşist müxalifət 2025-ci il ərzində dəfələrlə “ağır” siyasi zərbələr alıb.  Məsələn, Paşinyanın Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan hfqqında bəzi sənədləri ictimailəşdirməsi, Ermənistanın illərlə for-post statusunda olmasının günahının məhz bu insanlarda olmasını demək olar ki, sübuta yetirməsi revanşist qrupu müəyyən mənada “zərərsizləşdirib”. İndki halda, revanşist müxalifətin adıçəkilən şəxslərin liderliyi ilə seçkiyə qatılması qarşılığında qələbə qazanması ehtimalı çox aşağıdır. Hətta qruplaşmanın “yeni lider” planı da iflasa uğrayıb - Robert Koçaryanın oğlu Levon Koçaryan gözləntiləri doğrultmur. Vaxtilə qondarma seapartçı qruplaşmada Koçaryanla “çiyin-çiyinə” dayanan Vitali Balansanyana isə güvənilmir. Koçaryanla Sarkisyanı dəstəkləyən xarici qüvvələr Balansanyanın Paşinyanı devirə biləcək səviyyədə olmadığını düşünür.

Beləliklə, siyasi rəqiblərin zəifliyi ortadadır - belə isə niyə Paşinyan çəkinir və ya qorxur? Demək ki, Paşinyanın qorxusu heç də müxalifətdən deyil...

Kilsəyə qarşı kilsə...

Paşinyanın qorxusu heç də revanşist qruplaşmadan deyil. Erməni baş nazik aylardır ki, mübarizə apardığı kilsə ilə savaşında tam qələbə qazana bilmir. II Qareginin erməni katalikosu postundan getməsi üçün çalışan Paşinyan müəyyən addımlar belə atıb - Qareginin gizli dosyası ictimailəşdirilib, onun kilsə nümayəndəsi adına yaraşmayan hərəkətlərini ifşa edib. Paşinyan hətta Qareginin şimaldan təlimatlar alması, verilən göstərişləri yerinə yetirməsi ilə bağlı da fikirləri bölüşüb. Bununla belə, illərdir Ermənistanın istər dövlət idarəçiliyində, istər ordu sistemində, istərsə də ideoloji sektorda hakim qüvvə kimi tanınan kilsəni bu qədər rahat “oyundan çıxarmaq” mümkün deyil. Hətta bu günlərdə baş naziri Nikol Paşinyanın revanşistlərə və xüsusilə kilsəyə son zərbəni vurmağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Belə ki, erməni mətbuatın yazdığına görə, Paşinyan artıq hakimiyyətin maraqlarına xidmət edən və fəaliyyət planı hazırlayan din xadimlərindən ibarət qrupunu formalaşdırıb. İddialara görə, bu din xadimləri keşişləri II Qareginə qarşı qaldırmalıdır. Bu qrupun fəaliyyəti isə erməni kilsəsində narazılıq yarada və keşişlərin II Qareginə qarşı qiyamına gətirib çıxara bilər. Nəticədə II Qaregin Eçmiədzindəki iqamətgahını boşaltmağa və vəzifəsini tərk etməyə məcbur olacaq.

Erməni mətbuatının iddiasına görə, narazı din xadimlərinə II Qaregin tərəfindən ruhani dərəcəsindən məhrum edilmiş Ter Aram (Stepan Asatryan) başçılıq edir. Hətta Ter Aramın istədiyi kimi hərəkət etmək üçün hakimiyyətdən bütün zəmanətləri aldığı bildirilir. Bu isə Paşinyan II Qareginə qarşı son hücumu kimi dəyərləndirilir.

Beləliklə, Paşinyanın həm daxili sabitliklə bağlı narahatlıqlar yaşaması, həm də xarici müdaxilələrdən çəkinməsi onun Aİ-dən kömək istəməsinə yol açıb.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see428

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see383

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see307

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see234

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see223

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see205

Bu ixtisasları seçənlər işsiz qala bilər

22 İyul 2026 11:35see202

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see198

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see183

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see176

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see173

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see172

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see170

“Qarabağ“ın rəqibinin futbolçusu: “Bizim üçün heç heçə məğlubiyyətə bərabərdir“

22 İyul 2026 12:33see160

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see159

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see159

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see158

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see156

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see150

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

22 İyul 2026 19:32see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri