Icma.az
close
up
RU
Nikol Paşinyan hakim partiyanın qurultayında maraqlı mesajlar verib

Nikol Paşinyan hakim partiyanın qurultayında maraqlı mesajlar verib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 20-də hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışı zamanı maraqlı mesajlar verib.

AZƏRTAC xəbər verir ki, o, çıxışı zamanı Qarabağdan gələn ermənilər barədə cəmiyyətdə dolaşan fikirlərə aydınlıq gətirib.

Paşinyan deyib: “Qarabağdan ölkəmizə gələn ermənilər burada Ermənistan vətəndaşı kimi yaşayacaqlar. Onlar Ermənistanın qürurlu vətəndaşlığını alacaqlar”.

O, bununla Qarabağdan olan ermənilərin ikili vətəndaşlıq və qaçqınlıq statusu ilə bağlı bütün suallara son qoyub.

Digər maraqlı məsələ isə II Qaragen ilə bağlı olub. Baş nazir deyib: “Bütün ermənilərin katolikosu Ktriç Nersisyan (II Qaregin) vəzifəsindən istefa verməlidir. Erməni Apostol Kilsəsi hökumətyönlü və dövlətyönümlü kursa qayıtmalıdır. Düşünürəm ki, bu da Ktriç Nersisyan vəzifəsindən kənarlaşdırılmadan mümkün deyil. Bu gündəliyi mütləq həyata keçirməliyik. Başqa variant yoxdur, Ktriç Nersisyan getməlidir, nə qədər tez getsə, o qədər yaxşıdır. Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması hamıya məlumdur, Ermənistan öz tarixində tamam başqa mərhələyə qədəm qoyub”.

Paşinyanın çıxışında diqqət çəkən məqamlardan biri də onun “Qarabağ Ermənistandır, nöqtə” sözləri ilə bağlıdır. Baş nazir deyib: “Mən sülhə hamıdan çox sevinən bir insanam və bu bəyanatımı hansı səbəbdən verdiyim üzərində çox düşündüm. İzahat, həqiqətən, çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim - sovet psixologiyası əsasında formalaşan “vətənpərvər” idim. İndi isə cavabım budur: Artıq mən Ermənistanın sülh istəyən analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm”.

Ermənistan hökumətinin başçısı Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib. Paşinyan deyib: “Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu. Avqustun 8-i uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur. İndi bu 1 il 7 ay tarixi olan böyük sülhü 2 il 7 ay, 3 il, 4 il, 100 il, 200 il və sair halına gətirməliyik və Ermənistanın bütün sərhədlərinə şamil etməliyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri