Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda Estoniyada rəsmi səfərdə olduğu bildirilən Ermənistanın Baş naziri Nikol Paşinyan Tallində iki ölkənin kəşfiyyat lideri ilə gizli görüş keçirir.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Hayeli Armenia” və bir neçə Teleqram kanalı çıxış edib.
Məlumata görə, Paşinyan hazırda Tallindəki “Radisson” otelinin qapalı zalında Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri (Mı6) Riçard Murla gizli görüş keçirir. Müzakirənin təxminən yarım saatdır davam etdiyi bildirilir.
Görüşün detalları ilə bağlı heç bir məlumat yoxdur.
Rəsmi İrəvan görüşlə bağlı iddialara münasibət bildirməyib.
Qeyd edək ki, Nikol Paşinyan ötən gün Estoniyaya səfər edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Aprel 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















