Nikolas Maduronun saxlandığı həbsxanada neçə məhbusun olduğu açıqlandı
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Nyu-York şəhərində, Bruklin rayonundakı həbsxanada Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ilə birlikdə daha 1 319 məhbus saxlanılır.
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu rəqəm ABŞ Federal Həbsxanalar Bürosunun məlumatlarında yer alıb.
Qeyd edilir ki, Maduro bu həbsxanaya düşən ilk Latın amerikalı siyasətçi deyil. 2022-ci ilin aprelində Hondurasın eks-prezidenti Xuan Orlando Ernandes bu həbsxanaya yerləşdirilmişdi. 2020-ci ildə isə orada Meksikanın keçmiş ictimai təhlükəsizlik naziri Xenaro Qarsiya Luna saxlanılırdı.
2024-cü ilin sentyabrında həmin həbsxanaya amerikalı reper P.Diddi (Şon Kombs), kriptovalyuta milyarderi və FTX birjasının qurucusu Sem Benkman-Frid və digərləri köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















