Icma.az
close
up
RU
Nine Senses Art Center də azərbaycanlı rəssam Raminə Səadatxanın fərdi sərgisi açılacaq

Nine Senses Art Center də azərbaycanlı rəssam Raminə Səadatxanın fərdi sərgisi açılacaq

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 23-də "Nine Senses Art Center"də azərbaycanlı rəssam Raminə Səadatxanın fərdi sərgisi - "Uomo Natura" açılacaq.

Oxu.Az-ın məlumatına görə, ekspozisiyada rəssamın təsviri sənət, kollaj və pop-artı abstrakt ekspressionizm elementləri ilə birləşdirən əsərləri yer alacaq.

Layihə insanla təbiət arasındakı əlaqəni - onların gizli ziddiyyətlərini və daxili harmoniyasını araşdırır. Rəssamın əsərlərində abstrakt formalar və simvollar mifoloji və fəlsəfi obrazlarla qovuşur, rəng isə arxetipik enerjilərin ifadəsi üçün intuisiya vasitəsinə çevrilir.

Raminə Səadatxanın tabloları mifin, bədənin və instinktin Şərqə məxsus fakturalarla birləşdiyi emosional landşaftlardır: ənənəvi xalçaçılıqdan tutmuş miniatür rəssamlığa qədər. Bu obrazlar gah şifrələnir, gah da açılır, çoxqatlı interpretasiya məkanı yaradaraq tamaşaçını sənətlə şəxsi dialoqa dəvət edir.

"Uomo Natura" insanın təbiətə qarşı deyil, onun davamı olduğunu bəyan edən bədii manifestdir. Hər birimizin daxilində həm yaradıcı güc, həm də vəhşilik, yaddaş və yenilənmə enerjisi yaşayır.

Qeyd edək ki, Raminə Səadatxan Ə.Əzimov adına Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun yaradıcılığında təsviri sənət, kollaj və pop-art abstrakt ekspressionizm elementləri ilə qovuşur. Rəssamın mövzuları mifologiya, İncil süjetləri və fəlsəfi konsepsiyaları əhatə edir. Əsərlərində Azərbaycan incəsənət irsinə - xalçaçılıq və orta əsr miniatürlərinə incə istinadlar hiss olunur, lakin bu irs müasir kontekstdə, ənənə ilə avanqardın kəsişməsində təqdim olunur.

2022-ci ildə rəssamın "Xaosun enerjisi" əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan pavilyonunda nümayiş etdirilib və bu, onun beynəlxalq yaradıcılıq bioqrafiyasında mühüm mərhələ olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see472

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see306

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see279

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see198

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see191

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see146

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see143

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see130

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri