Icma.az
close
up
RU
Nine Senses də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi

Nine Senses də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 7-si "Sea Breeze" ərazisində yerləşən "Nine Senses Art Center"də bərpa, diqqət və şüurluluğa həsr olunmuş unikal birgünlük tədbir - Sağlamlıq Günü keçirilib.

Oxu.Az xəbər verir ki, bu tədbir sağlamlıq praktikalı, incəsənət və "Nine Senses" fəlsəfəsini əhatə edən geniş Sağlamlıq Həftəsinin mühüm tərkib hissəsi olub.

Sağlamlıq Günü bütöv bir bərpa yolu kimi qurulub.

Bu gün sistemli fəaliyyətinin ayrılmaz hissəsi olaraq, 12-14 iyun tarixlərində keçiriləcək böyük illik "Nine Senses Festivalı"na hazırlıq çərçivəsində baş tutub.

"Nine Senses"in akademik direktoru Natalya Jukova əlavə edib ki, bu, festivalın bir növ proloqudur:

"İstəyirik ki, insanlar əvvəlcədən "Nine Senses"in atmosferini, dərinliyini və yanaşmasını hiss etsinlər.

Hər bir iştirakçı bu məkanda tempini yavaşladaraq öz daxili halına fokuslana bilib.

Bu gün "Nine Senses" məkanı dərin praktikalar və özünə diqqət üçün xüsusi bir məkana çevrilib".

Natalya Jukova əlavə edib ki, Sağlamlıq Günü bədənə və diqqətə qayğının birdəfəlik olmadığını xatırlatmaq üçün bir fürsətdir:

"Biz, sadəcə, tədbirlər yox, hallar yaradırıq. Sağlamlıq Günü özümüzə xatırlatmaq üçün bir fürsətdir ki, bədənə və diqqətə qayğı birdəfəlik olmamalıdır. Bu, həyat tərzinin bir hissəsi ola bilər".

Sağlamlıq Gününün proqramına müxtəlif praktikalar daxil idi:

Osteopatiya sahəsində mütəxəssis, "Triniti" adlı unikal sistemin və slavyan praktikalarının yaradıcısı Lev İvanov sağlamlıq, gözəllik və uzunömürlülük mövzusunda master-klaslar, aromaterapiya üzrə mütəxəssis Alyona Veber efir yağları ilə diaqnostika, Yelizaveta Romanova suda aparılan unikal praktikalar və diqqətlə işləmə üzrə seminarları keçirib, Sankt-Peterburqdan olan homeopat və osteopat Yelena Sesyolkina sağlamlıq balansının əsaslarını təqdim edib.

Qarabağdan olan şəfaçı Ahu Musayeva öz təcrübəsini bölüşüb, Nicat Ramazanov həqiqi sağlamlığın açarı kimi nəfəs və qidalanmanın önəmindən bəhs edib.

Oksana Stepenko Çin təbabəti - bədənin həqiqəti danışdığı anları vurğulayıb. Aleksey Mayorov iştirakçıları dərin sakitlik vəziyyətinə aparan axşam səs meditasiyası edib. Bikə Mirqasımova biohakinq barəsində danışıb.

Bütün bu praktikalar bir-birini tamamlayaraq fiziki və emosional səviyyədə bütövlük və yumşaq yenilənmə hissi yaradıb.

Proqramda səs və vibrasiya praktikalarına xüsusi yer ayrılıb. Aleksey Mayorov tərəfindən keçirilən axşam səs meditasiyası iştirakçıların sakitlik və fokuslanma vəziyyətinə daxil olmasına kömək edib. Səs, sadəcə, fon deyil, hər bir insanın daxili halı ilə işləyən bir alətə çevrilib və təbii bərpa proseslərini aktivləşdirib.

Natalya Jukova vurğulayıb ki, səs çox dəqiq bir alətdir:

"O, rasional düşüncəni ötüb, birbaşa hal ilə işləyir. Məhz buna görə səs praktikaları "Nine Senses" fəlsəfəsində mühüm yer tutur".

Sağlamlıq Həftəsi çərçivəsində aşağıdakı mütəxəssislər fərdi praktikalarını davam etdirəcəklər:

Lev İvanov

Yelena Sesyolkina

Aleksey Mayorov

Alyona Veber

Fərdi praktikalar üçün qeydiyyat həftə ərzində mümkündür.

Bunun üçün "Nine Senses"in sosial şəbəkə səhifələrinə yazmaq kifayətdir.

"Nine Senses" mərkəzi bədən praktikalarını, incəsənəti və şüurlu istirahət mədəniyyətini vahid ekosistemdə birləşdirən yeni formatlı "art" və "wellness" mərkəzidir. Mərkəz təkcə fiziki sağlamlıq deyil, həm də daxili balans, diqqət və məna axtaran müasir insan üçün yaradılıb. "Nine Senses"də bərpa həyatın təbii bir hissəsinə çevrilir.

"Nine Senses Fest" bədən və diqqətlə işləmə praktikalarını, incəsənət istiqamətlərini və şüurlu istirahəti bir araya gətirən illik yay tədbiridir.

Bu, sağlamlıq, harmoniya və şüurlu mövcudluq atmosferinə çoxgünlük bir səyahətdir.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Fevral 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri