Icma.az
close
up
RU
“Nine Senses SEA BREEZE” sizi yoqa festivalına dəvət edir

“Nine Senses SEA BREEZE” sizi yoqa festivalına dəvət edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 aprel, Tatyana İvanayeva, AZƏRTAC

Yerli media nümayəndələri və blogerlər II Beynəlxalq “Nine Senses Fest – 2025” Yoqa Festivalı ərəfəsində təşkilatçıların dəvəti ilə tədbirin keçiriləcəyi məkanda – “Nine Senses Art Center”də olublar.

Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses Art Center”in təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir həm festivalın keçiriləcəyi məkan, həm də onun proqramı ilə tanışlıq məqsədi daşıyırdı. Qonaqları qarşılayan Mərkəzin direktoru Natalya Jukova “Nine Senses” (“Doqquz hiss”) adının mənası barədə məlumat verib. Onun sözlərinə görə, 2023-cü ilin martında açılan Mərkəz Xəzər dənizin sahilində ən təmiz havası olan məkandır və ilk gündən təklif edilən proqramları ilə diqqəti cəlb edib. N.Jukova əlavə edib ki, dünyada bu Mərkəzin analoqu yoxdur. Belə ki, vahid məkanda maraqlı - həm yaradıcı, həm də ruhi praktikalar bir araya gətirilib.

Qeyd etmək lazımdır ki, Mərkəzin binası hər hansı bucaqların hətta bir işarəsinin də tam olmaması ilə görənləri heyran edir. Onun memarı Aleksey Fursov təkcə rahat bir bina yaratmayıb, həm də onu ətrafdakı mənzərəyə ahəngdar şəkildə uyğunlaşdırıb. O, insanların özünü tanıması və inkişaf etdirməsi üçün ideal bir məkan hazırlayıb, hazırda bu yer bizim əhatəmizdəki bütün dünyaya nüfuz edən enerji axınları vasitəsilə Kainatla ortaq dil tapmaq istəyən insanlar üçün “toplanma nöqtəsi” kimi özünü təsdiqləyib. Natalya Jukova deyir: “Birincisi, buranın özəlliyi insanı memarlıq vasitəsilə müəyyən bir ruh vəziyyətinə salmasıdır. Binanın bükülmüş vərəq şəklində olması, enerjinin bir dairədə açılması və maneələrlə qarşılaşmadan yüksəkliklərə can atması bir yaradıcı impuls deməkdir. İkincisi, biz üç sahədə məşğul oluruq: bədən, ruh, zehin. Bütün bu sahələri öz mənaları ilə əhatə edən müxtəlif müəllimlər fəaliyyət göstərir. İncəsənət laboratoriyası heç vaxt rəsm çəkməyi və heykəltəraşlığı öyrənməmiş insanlarda bədii bacarıqların inkişaf etdirilməsi üçün məsuldur”.

Bundan əlavə, İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də animasiyadır. Onun çərçivəsində böyüklər və uşaqlar öz video və ya cizgi filmini yarada bilərlər. Mərkəzin direktoru qeyd edir: “Bizim bədən vasitəsilə özünü göstərməklə əlaqəli rəqs istiqamətimiz də var. Mərkəzimiz yoqa üzrə geniş istiqamətlər təklif edir və biz onların demək olar ki, hamısı ilə məşğul oluruq. Özümüz və tamaşaçılar üçün yeniliklər kəşf etməkdən xoşbəxtik. Həm də qürur duyuruq ki, xaricdən bizə müxtəlif təcrübələr keçən insanlar gəlir.

Ümumiyyətlə, meditasiya fəaliyyətimizin bütöv bir istiqamətidir. Hər birimiz istənilən əlverişli vaxtda gündəlik ən azı beş dəqiqə meditasiya etsək belə, ətrafımızdakı məkanın konfiqurasiyası tədricən dəyişəcək və həyatda müsbət dəyişikliklərə səbəb olacaqdır. Düşünürəm ki, meditasiyanın heç bir dini mənsubiyyəti olmadığını qeyd etmək vacibdir. Dua Tanrıya xüsusi müraciətdir, meditasiya isə öz daxilində sizin daxili aləminizdə Yaradanla ünsiyyət deməkdir”.

N.Jukova bildirib ki, festivalın şüarı “Ənənədən reallaşdırmaya yol”dur. Tədbirə həm Azərbaycandan, həm də xaricdən müəllimlər dəvət olunur. Onlar həyatımızda tətbiq oluna biləcək real, sübut edilmiş təcrübələri paylaşacaqlar. Təşkilatçıların fəxrlə qeyd etdiyi kimi, bu il “Nine Fest” festivalı bir neçə məkanda - Neftçilər prospekti, “Sea Breeze Event Hall”, “The club Port Baku” və “JW Marriot Hotel”in açıq meydançasında təqdim olunacaq. O, inanılmaz dərəcədə zəngin proqrama malikdir. Müəllimlər yoqa sahəsinin rəhbərləri olacaqlar, onların hər biri öz istiqamətini təmsil edəcək. Festivalda həmçinin “Event Hall”da sufizm günü keçiriləcək.

Festivalın xüsusi və ən çox gözlənilən qonağı vokal vasitəsilə güclü qadın vibrasiyası təqdim edən və qadın enerjisinin dirijoru olan, habelə “Yerin rəsmi səsi” tituluna malik bəstəkar və şair Perukua olacaq. O, əslən Avstraliyadandır və demək olar ki, otuz ilə yaxındır dünyanı gəzir, ruhun dərin, ehtiraslı yolunu musiqi ilə çatdırır. Bu, özünü həqiqətən tanımaq üçün susuzluğu, orijinal sevgi mənbəyinə olan istəyi, tam oyanışı təcəssüm etdirir. Bundan əlavə, o, insanlara öz səsini və mahiyyətini daha dərindən açmağa kömək edən “Vokal Yoqa”, “Vokal Tantra” və “Emosional təmizlənmə” transformasiya təcrübələrinin yaradıcısıdır.

Festival çərçivəsində mayın 2-dən 4-dək praktiki yoqa və meditasiya dərsləri, Şərq və slavyan təbabətinin incəlikləri, çay mərasimləri, sufi fəlsəfəsinin nüansları haqqında məlumat veriləcək. Təşkilatçılar art-terapiya, sufi və səs ifaları, konsertlər, vəcdli rəqslər, nevroqrafiya və qadınların balans təcrübələrini əhatə edən qeyri-adi yaradıcı proqram hazırlayıblar. Festivalın üç günü iştirakçılara Çingiz Mustafayev, “Sound Healing Club”, “Tarz-ı Vefa Kervanı” və VIBROSOUNDLAB-ın konsertləri təqdim olunacaq.

Festivalda Azərbaycanın milli adət-ənənələrinə də toxunulur və qonaqları həkim-terapevt, müəllim, osteopat, naturopat, Qarabağ Ənənəvi Təbabət və Osteopatiya Mərkəzinin rəhbəri Ahu Musayevanın unikal metodu gözləyir. Ahu xanım Qarabağ xalq təbabətinin üsullarını birləşdirərək, onun əsasında özünün metodunu yaradıb. “Mən göstərmək istəyirəm ki, Azərbaycanın milli təbabəti üsulu ilə necə sağalmaq olar. Əcdadlarımızın istifadə etdiyi imkanlar çoxdan sübut olunub”, -düyə o vurğulayıb.

Öz növbəsində, festivalın tərəfdaşı, ANSA akademiyasının təsisçisi və aparıcı mütəxəssisi Bikə Mir-Qasımova “Nine Senses”in Azərbaycanın mənəvi turizm məkanı olduğunu qeyd edib. “Bildiyiniz kimi, “retreat” istiqaməti bütün dünyada çox populyardır və beləliklə, biz Azərbaycanı bu sahədə təbliğ edirik. 2024-cü ildə keçirilən festivaldan sonra xaricdən gəlmiş üç-dörd müəllimimiz artıq Azərbaycanda bu istiqaməti sınaqdan keçirib, 500-ə yaxın qonaq bizə qoşulub. Ona görə də bizim əsas məqsədlərimizdən biri ölkənin qədim adət-ənənələrini, Azərbaycan torpağının enerjisini nümayiş etdirməkdir”, - deyə o sözlərini yekunlaşdırıb.

“Nine Senses Fest – 2025” çərçivəsində Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə “Made in Azerbaijan” brendlərinin öz məhsullarını təqdim edəcəyi yarmarka da təşkil olunacaq. Yarmarkanı özündə 200-dən çox brendi birləşdirən “shoppingaz.az” onlayn alış-veriş platforması təşkil edir. Yarmarka yerli brendləri tanıtmaq və iştirakçılarla birbaşa əlaqə yaratmaq üçün əla fürsət olacaq. Bu unikal festivalın biletləri artıq satışdadır. Ətraflı məlumat və tədbirin tam proqramı ilə festivalın rəsmi səhifəsində tanış olmaq olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see270

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see260

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see229

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see158

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see140

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see133

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see131

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see122

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri