Niqab geyinib senat iclasına gəldi FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Avstraliyada son 21 saatın ən çox müzakirə olunan hadisəsi senator Pauline Hansonun yenidən Senat iclasına burqa geyinərək girməsi olub.
Milli.Az xəbər verir ki, hadisə parlamentdə gərginlik yaradıb və iclasın bir müddətlik dayandırılmasına səbəb olub.
Məlumata görə, Hanson bu addımı ölkədə üzü tam örtən geyimlərin ictimai yerlərdə qadağan edilməsinə dair çağırışını yenidən gündəmə gətirmək üçün atıb. Senator uzun illərdir burqa qadağasının tətbiqini tələb edir və 2017-ci ildə oxşar aksiya ilə inamsızlıq doğuran etiraz nümayiş etdirmişdi.
Yeni insident zamanı Senat rəhbərliyi iclası təxminən bir saat yarım dayandırıb. Bəzi senatorlar Hansonun davranışını "təxribat" adlandıraraq onun parlament işini pozduğunu bildiriblər. Tanınmış siyasətçilər isə hadisəni "rassizm" və "islamofobiya" nümunəsi kimi qiymətləndiriblər.
Hanson isə tənqidlərə baxmayaraq mövqeyini müdafiə edib və üzü tam örtən geyimlərin "ictimai təhlükəsizlik üçün risk yaratdığını" iddia edib.
Hadisə ölkədə geniş müzakirələrə səbəb olub və parlamentdə burqa qadağası ilə bağlı debatların yenidən qızışacağı gözlənilir.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Noyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















