Nişanlısı yoxa çıxdı, yataqda çürüdü: Faciəvi hekayə Video
Icma.az, Bakupost saytına istinadən bildirir.
Əməkdar artist Röya Ayxanın "Əlvida, gedirəm" mahnısının qəhrəmanı, rəssam Azadə Azadı tanıyanlar - tələbə yoldaşları, müəllimləri onun necə mehriban, xeyirxah, qayğıkeş, gözəl qəlbli və istedadlı olmasından indi də ağız dolusu bəhs edir. Məhz bu xüsusiyyətlərinə görə böyük bir rəğbət qazanan gənc qız kiçik ömrünə olduqca əhatəli və hərtərəfli yaradıcılıq uğurları sığdırıb.
Bakupost.az xəbər verir ki, yol yoldaşı kimi gördüyü şəxsi düzgün seçməməsi onu gənc yaşında ağır xəstəliyə düçar edir, onu ölümə sürükləyir.
Röya Ayxan müsahibələrindən birində həyat hekayəsini nəğməsinə daşıdığı bu gənc rəssam haqda belə deyir:
“Bir rəssam qızın çox sevdiyi nişanlısı ilə münasibəti qəfil bitir. Toya 1 ay qalmış oğlan heç bir səbəb olmadan sadəcə itir. Qız aylarla soruşur axtarır, daha sonra aydın olur ki, oğlan tərəfindən təşkil edilən hər şey saxta və qurma imiş. Hətta elçilik belə... Qızı yalan xəyallarla aldadıbmış. Qız bunları öyrəndikdən sonra çarəsiz xəstəliyə tutulur, hara aparsalar da, əlac tapılmır. Yataq xəstəsi olan rəssam qız bütün gün mənin “Qovuşmaz yolumuz” mahnısına qulaq asır. Valideynləri deyir ki, qızın bədəni çürüməyə başlayır. Bütün dərisi yataqda qalır. Dünyasını dəyişəndən sonra isə başının altından məktub tapılır. Məktubda olub keçənləri yazır, buna dözə bilməyəcəyini qeyd edir. Yazdığı sözlərə mahnı bəstələnməsini və tək arzusu kimi bunu mənim oxumağımı istədiyini deyir. “Gedirəm, Əlvida” mahnısı da belə yaranır”.
Mahnını oxuyarkən çox ağır ruh dəyişikliyi yaşadığını deyən Röya hənin vaxt bir də həyatını itirən biri haqda mahnı oxumamağa söz verdiyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 25 İyun 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















