Nissan 168 mindən çox avtomobili geri çağırdı Səbəb
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor" ABŞ bazarında 168 mindən çox avtomobili geri çağırmaq qərarı verib.
Milli.Az xəbər verir ki, geri çağırılmaya səbəb avtomobillərin sertifikat etiketlərində oxa düşən maksimal icazə verilən yük göstəricisinin səhv qeyd edilməsidir. Bu isə sürücülərin avtomobili bilmədən normadan artıq yükləməsinə və nəticədə texniki problemlərin yaranmasına səbəb ola bilər.
Qərar müəyyən sayda "Nissan Armada", "Infiniti QX56" və "Infiniti QX80" yolsuzluq avtomobillərini əhatə edir.
Şirkət bildirib ki, problemin aradan qaldırılması üçün rəsmi dilerlər avtomobillərdəki etiketləri müştərilərdən heç bir ödəniş tələb etmədən yeniləyəcəklər. Bundan əlavə, avtomobil sahiblərinə düzgün məlumatları əks etdirən yeni stikerlər poçt vasitəsilə də göndəriləcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 22 İyul 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















