“Niva”nın qabağını göyə qaldıran sürücü maşının işıqlarını söndürüb əks yola çıxdı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial platformasında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-PR-085 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü günün qaranlıq saatında maşının işıq cihazları sönülü vəziyyətdə əks istiqamətli yola çıxıb və bu vaxt qarşıdan gələn nəqliyyat vasitəsinə təhlükə yaradıb. Kadrlarda sürücünün avtomobilin işıq cihazlarına müdaxilə etdiyi və şüşələrinə qara örtük çəkdiyi aydın şəkildə əks olunub. Eyni zamanda o, maşının konstruksiyasına müdaxilə edərək arxa yaylarını kəsib və ön hissəsini qaldırıb.
Digər görüntüdə qayda pozan sürücü bütöv xəttin tələbini pozaraq yenidən əks yolla hərəkət edib və öndən gələn avtomobilə qəza şəraiti yaradıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















