Icma.az
close
up
RU
Niyam Salami kömür satanın ittihamını təkzib edir: Kabinetdəydim... Açıqlama

Niyam Salami kömür satanın ittihamını təkzib edir: Kabinetdəydim... Açıqlama

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Müğənni Niyam Salami Sumqayıt şəhər sakini E.Abbəkirovun 21 min 800 manat dəyərində kömür məhsulunu məninsəmədə ittiham olunur.
Müğənni Niyam Salami Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib: "Restorana gətirilən ən bahalı ərzaq ətdir. Bir gündə 5-8 min manat dəyərində ət gətirilə bilər. Necə olar ki, 21 min 800 manat dəyərində restorana kömür gətirilir?! Bu qədər kömürü restorana kim gətirə bilər?! Niyam Salami bir dəfə də olsun kömür satanı görməyib. Mən onda səhv etdim ki, adıma VÖEN açdırdım. VÖEN adıma olduğu üçün hər şeyi üzərimə atdılar".

Niyam Salami günahın iddiaçıda olduğunu deyib: "Sənin pulunu kimsə vermirdisə, o zaman mənə müraciət edərdin. Kabinetdə otururdum, məni tapmaq çətin deyildi. Bildirərdin ki, Niyam bəy, sizin adınıza restorana mal gətiririk, başımıza belə oyun açırlar. Həmin vaxt məsələni həll edərdim. Mən restorandan gedəndən sonra deyirlər ki, Niyam Salami 21 min 800 manat pul borcludur. Bu, reallıq deyil. Kömür satana heç kim inanmasın. Restoranın sahibinə gücləri çatmır.

Mən restorandan uzaqlaşandan sonra tədricən müflis olmağa başladılar. Restoranın VÖENi mənim adıma olduğu üçün bütün borcları üzərimə atdılar. VÖEN adıma olduğu üçün mən balamın boğazından kəsib, məcbur olub, yavaş-yavaş pulları ödəyirəm. Bu məsələ ilə bağlı vəkilimlə əlaqə saxlaya bilərsiniz".

Qeyd edək ki, bu haqda ilk xəbəri Oxu.az saytı yayıb.

Sumqayıt sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu vermədiyini bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri