Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?
Icma.az bildirir, Reyting.az portalına istinadən.
““Şöhrət” ordeni ilə təltif olunandan Ulu Öndər Heydər Əliyev mənə məktub yazdı. O özü də çıxışında deyir ki, “Niyaməddin Musayevin 60 illik yubileyini təbrik etdim və ona məktub göndərdim”. Məktubda da yazırdı ki, milli estradanın təməlini qoyan bir navator, bir bəstəkar, bir sənətkar kimi sizi təltif edirəm. Bu Ulu Öndərin mənə verdiyi qiymət idi. Bütün orden və medallarla təltif olunmuşam. Dövlət mənə hər cür diqqət göstərir”.
Reyting.az xəbər verir ki, bunuModerator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.
O daha sonra əlavə edib:
“Biri var ifaçı, biri də var yaradıcı ifaçı. Dünyanın hər yerində mənim nəğmələrimi ifa edirlər. Hətta zəncilər də ifa edir. İspan, ərəb, inglis dilində mahnılarımı oxuyanlar var. Bu bizim Azərbaycan mədəniyyətinin təbliğatıdır. Bundan gözəl nə ola bilər ki? Mən bəstələdiyim mahnını satmıram. Ayıbdır, adam öz sənətini satarmı? O yutub baxışından pul gəlir. Əqli Mülkiyyət Agentliyi qonorarımı göndərir. Bu bir qayda olaraq belədir. Mən həm xalqımıza minnətdaram, həm də millətimizə”.
Niyaməddin Musayev paytaxtdan kənarda yaşamasında da danışıb:
“Əhmədlidə yaşayıram. Cənab prezident şəhərin mərkəzində mənə ev vermişdi. Uşaqlara görə evi dəyişdim ki, övladlarıma yaxın olum, qonşu olum. Çünki onların hər biri Əhmədlidə yaşayırlar. Ona görə mərkəzdən uzaqda oluram”, - deyə sənətkar bildirib.
Baxış sayı:99
Bu xəbər 21 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















