Niyaməddin Musayev: Konsertimdə 1000 ə yaxın tamaşaçı var idi
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
"Konsertimə gələnlər gözlədiyimdən də çox idi, 1000-ə yaxın tamaşaçı gəlmişdi".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Niyaməddin Musayev Sumqayıt şəhərində keçirilən solo konserti barədə danışarkən deyib.
Sənətçi bildirib ki, konsertdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və deputatlar da iştirak ediblər:
"Mən belə gözləmirdim, həyəcanlı idim. Konsert açıq havada təşkil olunmuşdu, böyük insan seli vardı. Hamı ayaq üstə qaldı. Bu da onu deməyə əsas verdi ki, layihə davam etməlidir".
Niyaməddin Musayev layihənin Bakıda və rayonlarda da davam etdiriləcəyini bildirib.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:Niyaməddin Musayev sirrini açıqladı
07 Dekabr 2024 13:36
Baxış sayı:98
Bu xəbər 05 Sentyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















