Icma.az
close
up
RU
“Niyaməddin Musayev mənə qulaq asmadı, dedi inanmıram ki, sən...” FOTOLAR

“Niyaməddin Musayev mənə qulaq asmadı, dedi inanmıram ki, sən...” FOTOLAR

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Bəzən rəylərdə yazırlar ki, bu uşağın öz mahnısı yoxdurmu onun-bunun mahnısını oxuyur? Öncə mən onu deyim ki, mənim üçün xüsusi yazılan mahnılar var. Sadəcə olaraq istədiyim və gözlədiyim nəticələri əldə edə bilmədim. Düzdür, yutub üzərində baxışları normal idi, amma tam istədiyim hədəfə çatmadım”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni NURAN deyib.

O daha sonra köhnə mahnılara müraciət etməsini belə izah edib:

“Bizim köhnə mahnılar heç vaxt unudulmur. İstənilən kəs unudulmuş dediyimiz mahnıları bilir. Mən də Baloğlan Əşrəfovun yaradıcılığını çox sevirəm. İlk istədim ki, onun repertuarına müraciət edim. Biz bunu komanda şəkilində etdik. Mənim bu işlərimi görən və bu tərzi yaradan insanlardan biri də jurnalist Elvin Elxandır. Elçin Cəfərov bütün musiqi işlərimlə maraqlanır, mənə məsləhətlərini verir. Bu mahnını biz belə ərsəyə gətirdik. Mən Baloğlan müəllimin oğlu ilə müğənni Hacı Nazim vasitəsilə əlaqə yaratdım. O da atasının mahnısını oxumağımı çox müsbət qarşıladı. Mən sizin vasitənizlə bir daha ona öz təşəkkürümü bildirirəm. Əlbəttə ki, Baloğlan Əşrəfovla mənim ifam müqayisə olunmamalıdır. Bir də onu fikirləşmirəm ki, bu mahnılar unudulub deyə onu yada salıram. Əsla! Məqsədim bu mahnıları yeni nəslə onların başa düşəcəyi tərzdə çatdırmaq, sevdirməkdir. Bəzən olur rəylərdə mənim mahnını pis oxuduğumu yazıb, Baloğlan müəllimin ifası ilə müqayisə edirlər. Mən hər yerdə də deyirəm ki, sənətkarlar müqayisə olunmur. Mahnının möhürünü vurmuş insanla məni necə müqayisə edə bilərlər? Bunu anlamıram. Mən bu mahnını elə məhz onda görüb, sevib oxumuşam. Bu mahnılar paylaşılanda hər kəs yazır ki, siz ancaq köhnə mahnıları oxuyun. Tamaşaçıların istəyi də budur” deyə müğənni bildirib.

NURAN bildirib ki, bəzən müəlliflərdən icazə məsələləri ləngiyir:

“Bəzən olur ki, sənətkarlardan yaxud onların ailə üzvlərindən icazə məsələləri bir az ləngiyir, çox düşünürlər. Söz və musiqisi Musa Musayevin olan və xalq artisti Niyaməddin Musayevin ifasında sevilən “Neynim” mahnısını oxuyanda ondan birinci dəfə idi ki, bir mahnı üçün icazə alırdım. Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır, oxu! İlk dəfə onunla görüşəndə mahnıya qulaq asmadı. Bircə onu dedi ki, mən sənin tərzini, özünü görürəm və inanmıram ki, sən ortaya pis bir şey çıxaracaqsan. O mənə inandı. Mahnı üzə çıxandan sonra biz efirdə görüşdük. Özü də çox bəyəndi. Mən köhnə mahnıları oxuyandan sonra yeni mahnılar mənə o qədər boş gəlir ki.. Başa düşürəm ki, ruhum da qocalıb (gülür). Çünki biz bu mahnıları bağçada oxuyanda eşitmişik. Hələ də istədiyimiz o dolu musiqini, mahnını tapa bilməmişik. Köhnə musiqilər o qədər zəngindir ki, biz onları dəyişəndə belə onların üzərində çox dəyişiklik etmək olur. “O bilər, mən bilərəm” mahnısında biz 6 dəfə mahnının girişini dəyişmişik. O qədər dolğun idi ki, seçə bilmirdik” deyə müğənni bildirib.

NURAN bildirib ki, ona qısqanclıqla yanaşan həmkarları da var:

“Qısqanclığı açıq-aşkar hiss etdirməsələr də bu insanın daxilində olan bir şeydir. Mən yalandan deyə bilmərəm ki, bu yoxdur. Bunu hiss edirəm. Amma mən düşünürəm ki, insanda qısqanclığın dozası olmalıdır. Əslində qısqanc insanlar mənim və başqasının həyatını yaşamaq istəyən adamlardır. Çünki onlar bu keyfiyyətləri özlərində görmürlər və başlayırlar sənə qısqanclıq etməyə. Mən yenə də onları sevirəm, təşəkkür edirəm. Əminəm ki, bu qısqanclıq hamıda var. Onu idarə etmək lazımdır. Biri var pis qısqanclıq, biri də var yaxşı qısqanclıq. Mən arzu edirəm ki, hər kəs kimisə pis yox, yaxşı niyyətlə qısqansın” deyə müğənni bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see245

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see172

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see125

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see122

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see120

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri