Niyaməddin Musayev məşhur mahnısını xəstəxanada yazıbmış
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xalq artisti Niyaməddin Musayev məşhur "Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada bəstələdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb.
"Xəstəxanada idim, vəziyyətim çox ağır idi. Öz-özümə deyirdim ki, ölsəm, övladlarımı kim saxlayacaq? Çox kədərlənmişdim. Dostum, filologiya elmləri doktoru Maarifə Hacıyeva mənə baş çəkməyə gəlmişdi. Balaca qazanda yemək və bir kitab da gətirmişdi. Mənə dedi ki, burada Məmməd Arazın gözəl şeirləri var, xoşuna gəlsə, mahnı bəstələyərsən.
O getdikdən sonra kitabı vərəqlədim. Üz qabığında "Dünya sənin, dünya mənim" sözlərini gördüm və həmin şeiri tapdım. Onu oxuyanda gözlərim doldu. Fikirləşirdim ki, ölsəm, balalarımı kim saxlayacaq. Bu mahnını xəstəxanada, masanın üstündə çırtma çala-çala yazdım.
Sonra Moskvada müalicə aldım və geri qayıtdım. 1987-ci ildə indiki Heydər Əliyev Sarayında solo konsert verdim və mahnını ilk dəfə orada ifa etdim. 1988-ci ildə isə onu efir üçün yazdırdım. Gördüm ki, xalqın bu mahnıya böyük sevgisi var" deyə, sənətçi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 İyun 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















