Icma.az
close
up
RU
Niyazi Bayramov fərqlənən idmançılarla görüşdü Fotolar

Niyazi Bayramov fərqlənən idmançılarla görüşdü Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müxtəlif ölkələrdə keçirilən Avropa və Dünya çempionatlarında yüksək nailiyyətlər əldə etmiş idmançılarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Elçin Zeynalov, “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Olimpiya çempionu, “Şöhrət” ordenli Ramil Qasımov, “Təhsil” RİM Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin baş təlimatçısı, “Şöhrət” ordenli Əli Hacıyev, eləcə də idmançılar və məşqçilər iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan idmanı sürətlə inkişaf edir və beynəlxalq arenada böyük uğurlar qazanır. Ötən gün möhtərəm Prezident İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərin qəbul edilməsi ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının növbəti nümunəsidir. Bu cür diqqət və dəstək idmançıların yeni nailiyyətlər qazanmasına güclü stimul verir.

Şəhər rəhbəri onu da qeyd edib ki, ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də idmana xüsusi önəm verilir. Bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə şəhərdə Gəncə İdman Sarayı və Gəncə Şəhər Stadionu yenidən inşa olunub, digər idman obyektlərində isə mütəmadi olaraq təmir işləri aparılır. Bu da idmançıların yerli və beynəlxalq yarışlarda uğur qazanmasına müsbət təsir göstərir.

Daha sonra şəhər rəhbəri dünyanın müxtəlif ölkələrində keçirilən Avropa və Dünya çempionatlarında yüksək nəticələr əldə edən idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İdmançılar isə çıxış edərək bildiriblər ki, onlara göstərilən diqqət və qayğı, yaradılan şərait yeni uğurlar qazanmağa əlavə motivasiya verir. Qeyd olunub ki, Azərbaycan idmanının inkişafı üçün həyata keçirilən dövlət siyasəti idmançıların beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsinə geniş imkanlar yaradır. Onlar əldə etdikləri nailiyyətlərin davamlı olması üçün bundan sonra da səylə çalışacaqlarını vurğulayıblar.

Sonda bir qrup idmançı Niyazi Bayramov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub və xatirə şəkli çəkdirilib.









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 May 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri