Niyazi Bayramov sakinlərlə görüş keçirdi Fotolar
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər Mərkəzin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Görüş zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.
Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















