Niyazi Bayramov sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.
İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, Gəncə şəhər 41 nömrəli tam orta məktəbdə baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə məktəbin şəhid məzunlarının xatirəsinə həsr olunmuş lövhə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.
Baxış sayı:139
Bu xəbər 27 Dekabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















