Icma.az
close
up
RU
Niyazi Mehdi reanimasiyaya yerləşdirildi Həyat yoldaşından açıqlama

Niyazi Mehdi reanimasiyaya yerləşdirildi Həyat yoldaşından açıqlama

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Tanınmış kuluroloq-filosof Niyazi Mehdi reanimasiyaya yerləşdirilib.

Bu haqda Teleqraf.com-a Niyazi Mehdinin həyat yoldaşı Dilarə Mehdi məlumat verib.

"Həyat yoldaşım xəstəxanadadır. 10 gündür səhhətində ciddi problem var. Öncə başqa xəstəxanada müalicə aldı, sora isə Mərkəzi Gömrük Hospitalına yerləşdirildi. Səhhəti yaxşı deyildi. Artıq 6 gündür ki, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir. Ürəyin fəaliyyəti dayanmışdı. Vəziyyəti çox ağırdır" - deyə Dilarə Mehdi bildirib.
O, deyib ki, həyat yoldaşının indi diqqətə ehtiyacı var: "Çox acı hisslər keçirirəm ki, elə böyük alimin, böyük insanın səhhətində problem var. Biz Niyazi Mehdinin səhhəti haqqında heç kimə məlumat verməmişik. Amma ona çox xoş olar ki, hamı ona diqqət ayırsın".

Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil alıb.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim, baş müəllim işləyib. Hazırda həmin kafedrada dosent vəzifəsində çalışır.

Fəlsəfəyə və kulturologiyaya aid çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 30 Yanvar 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri