Icma.az
close
up
RU
Niyə 3 mindən çox vakant yer boş qalıb?

Niyə 3 mindən çox vakant yer boş qalıb?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub. İxtisas qrupları üzrə isə ümumilikdə 3 min 100-dən çox boş yer qalıb.

Bəs minlərlə boş yerin qalmasına hansı amillər səbəb olub?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən təhsil eksperti Emma İbrahimova bildirib ki, səbəblərdən biri abituriyentlərin düzgün seçim etməməsi, digəri isə bəzi ixtisasların onlar üçün cəlbedici olmamasıdır:


“Ötən illə müqayisədə bu il bəzi qruplarda, xüsusilə üçüncü qrupda vəziyyət yaxşı olmadı. Keçid ballarının aşağı düşməsi də həmin yerlərin boş qalmasına gətirib çıxardı. Üçüncü qrupda əsasən hüquq, xarici dillər, jurnalistika kimi ixtisaslara maraq daha çoxdur. Amma sosial iş və şərabçılıq kimi sahələr şagirdlərin maraq dairəsinə uyğun gəlmir. Bu səbəbdən həmin yerlər boş qalıb. Bəzən isə gənclər ikinci turda sadəcə “universitet oxuyum, tələbə adını qazanım” deyə istəmədikləri ixtisaslara üz tutur”.

Ekspertin sözlərinə görə, vakant yerlərin bu qədər çox olmasının digər səbəbi valideynlərin övladlarının seçimlərinə təsir göstərməsidir:

“Cəmiyyətdə valideynlər çox vaxt uşaqların arzularına qarşı çıxmağa meyilli olurlar. Uşaq isə bəzən öz istəyini açıq ifadə etmir. Təcrübəmə əsasən deyə bilərəm ki, şagirdlərin böyük faizi öz arzularına deyil, valideynlərinin istəyinə uyğun seçim edir. Məsələn, gələcəyini hüquq sahəsində görən bir gənc valideynlərinin istəyilə Polis Akademiyasına sənəd verir. Yaxud müəllim olmaq istəyən bir qız valideynlərinin təzyiqi ilə tibb sahəsinə yönəldilir və ya əksinə.

Mənim valideynlərə və gənclərə tövsiyəm odur ki, hər kəs özünü harada uğurlu görürsə, məhz o sahəyə yönəlsin. Çünki başqa sahələr onlar üçün maraqsız və mənasız görünə bilər”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftə ərzində dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri