Niyə bankomatdan 22:00 dan sonra pul çıxartmaq risklidir?
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bankomatlarda artan dələduzluq halları vətəndaşlar arasında narahatlıq yaradır. Xüsusilə gecə və sübh saatlarında həyata keçirilən əməliyyatlar zamanı ehtiyatlı olmaq lazımdır. Bu vaxtlarda sadə pulçıxarma prosesi kart məlumatlarının kopyalanması və hesabın tamamilə boşaldılması ilə nəticələnə bilər.
Demokrat.az-ın məlumatına görə dələduzlar kart məlumatlarını ələ keçirmək üçün bankomatlara qısa müddətdə xüsusi cihazlar yerləşdirirlər. İlk baxışda seçilməyən bu qurğular vasitəsilə istifadəçilər fərqində olmadan məlumatlarını cinayətkarlara ötürür. Həmçinin ekranlara yapışdırılan saxta təlimatlar və yönləndirmə qeydləri də şifrələrin oğurlanmasına şərait yaradır.
Ən riskli vaxt intervalı 22:00-dan 06:00-a qədər hesab olunur. Ətrafda insanların az olması və işıqlandırmanın zəifliyi cinayətkarların fəaliyyətini asanlaşdırır. Kamera nəzarətinin zəif olduğu nöqtələr dələduzların əsas hədəfidir.
Banklar şübhəli əməliyyatları daim izləsə də, fərdi diqqət ən vacib qorunma üsuludur. Təhlükəsizlik üçün əməliyyatları daha çox gündüz saatlarında, insanların sıx olduğu və işıqlı yerlərdə yerləşən bankomatlarda icra etmək məsləhət görülür.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Cin çıxartmaq istədi: Uşağını öldürdü
03 İyun 2025 16:05
Əli Kərimi məğlub edən şair Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?
25 Dekabr 2025 10:03
Sabah 10:00 dan 22:00 a qədər su olmayacaq
28 Yanvar 2026 18:43
Paltaryuyan maşınınızı saat 22:00 dan sonra işlədin KONKRET
08 Oktyabr 2025 23:30
Tiktokda yeni qaydalar Yeniyetmələr saat 22:00 dan sonra...
11 Mart 2025 14:40
Baxış sayı:162
Bu xəbər 09 Mart 2026 06:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları