Icma.az
close
up
RU
Niyə bədəvilər səhrada qara geyinir? İstini cəlb etsə də, məntiqi izahı var

Niyə bədəvilər səhrada qara geyinir? İstini cəlb etsə də, məntiqi izahı var

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Hər kəs bilir ki, yayda qara rəngli paltar geyinmək açıq rənglərə nisbətən daha isti olur, çünki qara günəş şüalarını daha sürətlə udur. Ancaq səhralarda əsrlərlə köçəri həyat sürən bədəvilər bu xüsusiyyəti nəzərə alaraq məhz qara geyimi seçiblər.

Qaynarinfo "Unian"a istinadən bunun səbəblərini təqdim edir:

Fizikanın sadə qanunu

Qara rəng yalnız günəş şüalarını tez udmur, eyni zamanda istiliyi də tez buraxır. Burada konveksiya prinsipi də işə düşür: qızmış hava yuxarı qalxır, daha sərin hava isə aşağı enir.

Bədəvilərin geyimi isə geniş və boş biçimli olur. Günəş altında parça isinərkən onun altındakı hava da qızır. Daha sonra isti hava yuxarı qalxır, yerinə isə açıq hissələrdən soyuq hava daxil olur. Beləliklə, daim hava dövranı yaranır və bədənin həddindən artıq qızmasının qarşısı alınır.

Qara geyim - təcrübədən gələn seçim

1980-ci ildə "Nature" jurnalında dərc olunmuş tədqiqatda bu proses ətraflı təsvir olunub. Qara geyim praktik sayılsa da, bütün bədəvilər yalnız bu rəngi seçmirlər. 

Qara rəng bəzi hallarda sosial statusa və ya tayfa mənsubiyyətinə görə məhdud ola bilər. Ona görə də səhrada ağ və ya qəhvəyi rəngdə geyimlərə də rast gəlinir.

Nəticə

Səhrada qara geyimin üstünlüyü onun rəngində deyil, boş biçimində və hava dövranını təmin etməsindədir. Qara parça daha tez isinib soyuduğundan, bədəni sərin saxlayan bu sistem açıq rənglərdən daha effektli işləyir. Məhz buna görə, isti ölkələrdə yalnız bədəvilər deyil, adi insanlar da tez-tez qara və digər tünd rənglərə üstünlük verirlər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri