Icma.az
close
up
RU
Niyə bu günlərdə hamı xəstələnir? Özünüzü bu cür qoruyun

Niyə bu günlərdə hamı xəstələnir? Özünüzü bu cür qoruyun

Icma.az bildirir, Olke.az portalına istinadən.

Son həftələrdə rino­virus, yəni çoxlarının “adi soyuqdəymə” adlandırdığı infeksiya daha aktiv şəkildə yayılır.

Ölkə.az xəbər verir ki, məhz indi tənəffüs yolları infeksiyalarının artması üçün ideal şərait mövcuddur.

Uşaqlar məktəbə qayıdıb.

Tədris ilinin başlaması ilə uşaqlar bir-biri ilə yenidən təmasda olur və bir neçə həftə görmədikləri dostlarından yeni mikroblar alırlar.

Böyüklər yenidən ofislərə dönüb.

Yay tətilindən sonra işə qayıdan böyüklər arasında da mikrob dövriyyəsi artır.

Daha çox qapalı məkanda vaxt keçirmək.

Havanın soyuması ilə insanlar daha çox ev və ofis kimi az havalanan məkanlarda qalırlar ki, bu da virusların asan yayılmasına səbəb olur.

Həkim professor Bollun sözlərinə görə, bu hallar hər payız mövsümündə təbii şəkildə müşahidə olunur: “Bu, normaldır, axı payızdır,” – deyə o bildirib. Həmçinin o əlavə edib ki, hazırda “çoxlu sayda virus növləri” dövriyyədədir və insanların immun sistemi bir qədər zəiflədiyindən xəstəliklər artmaqdadır.

Niyə eyni virus hər kəsdə fərqli təsir göstərir?

Tənəffüs yolları xəstəliklərinə 100-dən çox müxtəlif virus, həmçinin bəzi bakteriyalar səbəb olur. Lakin insanların bu infeksiyalara reaksiyası fərqli olur və professor Boll etiraf edir ki, bunun dəqiq səbəbi hələ tam məlum deyil.

Yaş, fiziki durum, genetik fərqlər, yorğunluq dərəcəsi və sonuncu dəfə həmin virusla təmasda olma vaxtı bu fərqlərə təsir edən amillərdən sayılır.

Panikaya düşməyin, amma ehtiyatlı olun

UKHSA-nın epidemioloqu Ceymi Lopes Bernal qeyd edir ki, hazırkı xəstələnmə səviyyəsi yüksək sayılmasa da, qrip və COVID-19 halları tədricən artır. Bu isə payız-qış mövsümü üçün adi haldır.

Mütəxəssis insanları qış peyvəndlərini vaxtında etdirməyə çağırır və xəstələnənlər üçün aşağıdakı tövsiyələri verir:

Əllərinizi mütəmadi olaraq yuyun, xüsusilə öskürüb və ya asqırdıqdan sonra. İmkan varsa, evdə qalın və istirahət edin, kütləvi yerlərə çıxmalı olsanız, tibbi maska taxmağı düşünün.

Professor Boll əlavə edib ki, bəzən yoluxma orqanizm üçün tam da mənfi deyil. Bu, təbii immunitetin formalaşmasına kömək edə bilər. Lakin o, xüsusilə yaşlı və zəif immun sisteminə malik insanların qorunmasının vacibliyini vurğulayıb.(lent.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Oktyabr 2025 03:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri