Icma.az
close
up
RU
“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”

“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlərin qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydalara hansı səbəbdən dəyişiklik edilməsinə də rəsmi aydınlıq gətirilməyib. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən qərar valideynlər arasında ciddi narahatlıqlara səbəb olub. Artıq bir çox valideyn, o cümlədən təhsil ekspertləri bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Valideynlər həmin qərarı tənqid edərək övladlarının təxminən bir ildir hazırlıqlara getdiklərini, bunun onlara həm maddi, həm də mənəvi təsir etdiyini bildirib.

Narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə, övladları hazırlıqlarla yanaşı hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gediblər: “Sınaq çox da minimal büdcə də deyil, 12-15 AZN olub və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-nə, iyunun 1-nə sınaqlar var, onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdısa, niyə bu sınaqların təşkilinə icazə verilirdi? Niyə bu qərar sentyabrda, ilin ortasında - yanvarda deyil, imtahana 20 gün qalmış açıqlanır? Bu şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu qərarın qəbulunda məqsəd nədir?”

Valideynlər qərara təkrar baxılmasını, onun aradan qaldırılmasını tələb ediblər. 

Təhsil eksperti Elmin Nuri isə həmin qərarı gözlənilməz və bir o qədər də məyusedici qərar adlandırıb: “ARTİ tərəfindən mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul bu il yalnız VI sinif şagirdlərinə şamil edildi. Yəni, yalnız onlar 7-ci sinfi liseydə oxumaq üçün imtahan verəcəklər. Bəs digərləri?! Dünənədək bu proses IV-VIII siniflərə şamil edilmirdimi?! Minlərlə uşaq il boyu hazırlaşıb ki, sonda imtahan verib, lisey-gimnaziyalara qəbul olunsunlar. Valideynləri pul, müəllimləri beyin xərcləyiblər. Özlərinin əziyyətindən isə danışmağa dəyməz. Belə məsələlər durduq yerə, birdən-birə “yalnız bu olmalıdır” prinsipi ilə olmur. Ümumiyyətlə, olmur və olmamalıdır da....

Yaxşı, madam ki, qəbul yalnız VI siniflər üçündür, o zaman digər siniflərin qəbulunun dayandırılmasının səbəbi nədir?”

Problemlə bağlı Təhsil İnstitutuna ünvanladığımız  sorğuya belə cavab aldıq: “Sözügedən mövzu qurumun diqqətindədir və müzakirələr aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Bakıda və bölgələrdə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyaların sayı 30-dan çoxdur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri