Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messinin Paris təmsilçisində oynadığı dönəmdə fransalılara hörmət qoymadığını deyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:
"Niyə şikayətlənirsən? Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar? Bəs sən kimə hörmət edirdin? Heç kimə! Fevrala qədər Messi bir qol da vurmamışdı. İndi Lionel özündə dünyanın o başından PSJ-ni tənqid edəcək qədər cəsarət tapıb. O, deyir ki, ailəsi Parisdə xoşbəxt deyildi. Messinin Parisdə harada yaşadığını bilirsiniz? Yaxşı mühafizə edilən 500 kvadratmetrlik evdə. Uşaqları isə xüsusi məktəbdə oxuyurdular. Belə çıxır ki, bu şərait onun ailəsinin ürəyincə deyilmiş, hə? Yox, bizi buna inanmağa məcbur edə bilməzsiniz".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 25 İyun 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















